1news.az

Pensiya və təqaüdlər bütün bankomatlarda əlavə faiz tutulmadan verilir

1 İyul saat 14:39 ~ 1 dəqiqəlik oxu 8820
Pensiya və təqaüdlər bütün bankomatlarda əlavə faiz tutulmadan verilir

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejimi müddətində bankomatlar qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyalarını, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərini, eləcə də ünvanlı dövlət sosial yardımlarını istənilən bankın, eləcə də “Azərpoçt” MMC-nin istənilən bankomatından və yaxud POS-terminalından əlavə faiz tutulmadan əldə etmək mümkündür.

1news.az xəbər verir ki, bu barədə Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

Qeyd edək ki, bu addım nazirlik, Azərbaycan Mərkəzi Bankı və "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi arasında əldə olunmuş razılıq əsasında atılıb.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İqtisadiyyat BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net