Peşə təhsili almaq istəyənlərin NƏZƏRİNƏ: Bu saytda qeydiyyatdan keçək lazımdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Peşə təhsili almaq istəyənlərin NƏZƏRİNƏ: Bu saytda qeydiyyatdan keçək lazımdır

15:09 - 10 / 08 / 2020
Peşə təhsili almaq istəyənlərin NƏZƏRİNƏ: Bu saytda qeydiyyatdan keçək lazımdır

Avqustun 10-da peşə təhsili pilləsinə 2020-2021-ci tədris ili üzrə tələbə qəbuluna həsr olunmuş mətbuat konfransı keçirilib.

1news.az xəbər verir ki, mətbuat konfransında iştirak edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov peşə təhsili pilləsi üzrə tələbə qəbulu ilə bağlı məlumat verib və yenilikləri diqqətə çatdırıb. Bildirilib ki, bu il ilk dəfə olaraq peşə təhsili müəssisələrinə qəbul elektron qaydada həyata keçirilir. Peşə təhsili almaq istəyən, ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər 10-24 avqust tarixlərində https://qebul.vet.edu.az/ platforması üzərindən ödənişsiz qaydada qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra müraciət edən şəxsin ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır.

Media nümayəndələrinin nəzərinə çatdırılıb ki, tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müraciətlər barədə məlumat “Şəxsi kabinetim” bölümündə yenilənir. Müsabiqədə iştirak edən şəxslərə müraciətin nəticəsi barədə SMS bildiriş göndərilməsi də nəzərdə tutulur. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olunduqları müəssisəyə lazımi sənədlərin əslini təqdim etmək üçün dəvət olunacaqlar.

Konfransda 2020-2021-ci tədris ili üzrə tələbə qəbulunun 66 peşə təhsili müəssisəsində 120 ixtisas üzrə aparılacağı və ilk dəfə olaraq cari tədris ilində tələbə qəbulu prosesində işəgötürənlərlə birgə ikili proqramların tətbiq olunacağı da açıqlanıb.

Qeyd edilib ki, peşə təhsili pilləsinə qəbul çərçivəsində 24 aprel 2018-ci il tarixindən etibarən qüvvəyə minmiş “Peşə təhsili haqqında” Qanuna əsasən peşə təhsili müəssisələrində yüksək texniki peşə (subbakalavr dərəcəsi) səviyyəsi üzrə tələbə qəbulunun da aparılması nəzərdə tutulur. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər, I, II və III dərəcə əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşına çatmamış və I dərəcə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Həmçinin, 2020-2021-ci tədris ilində müvafiq sosial həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin yarısı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Mətbuat konfransı zamanı peşə təhsili pilləsi üzrə görülən işlər də diqqətə çatdırılıb. Həmçinin qeydiyyat təlimatı nümayiş etdirilib və qeydiyyatdan keçmə qaydası haqda məlumat verilib.

Qafar Ağayev

Paylaş:
715

Son xəbərlər

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08
Bütün xəbərlər