Polad Bülbüloğlu Avrasiya Xalqları Assambleyasının rəhbərliyi ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Polad Bülbüloğlu Avrasiya Xalqları Assambleyasının rəhbərliyi ilə görüşüb

09:38 - 09 / 08 / 2019
Polad Bülbüloğlu Avrasiya Xalqları Assambleyasının rəhbərliyi ilə görüşüb

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Avrasiya Xalqları Assambleyası” qeyri-hökumət təşkilatlarının beynəlxalq ittifaqının baş katibi Andrey Belyaninovu qəbul edib.

1news.az-a ölkəmizin Rusiyadakı səfirliyindən verilən məlumata görə, görüşdə həmçinin , Belyaninovujn birinci müavini - Avrasiya Xalqları Assambleyasının baş katibliyinin rəhbəri Svetlana Smirnova, müavini Mixail Fyodorov, Assambleyanın baş katibliyinin rəhbərinin layihə fəaliyyəti üzrə müavini Tatyana Fyodorova, beynəlxalq əməkdaşlıq üzrə müavini Yuliya Petrova və Assambleyanın beynəlxalq mədəniyyət əməkdaşlığı şurasının sədri Elmira Şerbakova iştirak edib.

Görüşdə rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, həyata keçirdikləri layihələr haqqında məlumat verən Andrey Belyaninov, 2019-cu ilin 29 sentyabr – 5 oktyabr tarixlərində Azərbaycan Respublikasında LİFFT-2019 IV Avrasiya ədəbiyyat festivalının təşkil olunacağını diqqətə çatdırıb.

Baş katib sözügedən tədbirin Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirildiyini vurğulayaraq, həmin ərəfədə ölkəmizdə daha bir tədbirin – Avrasiya Xalqları Assambleyası günlərini keçirmək istədiklərini bildirib və bu məsələdə Azərbaycan tərəfindən müvafiq köməklik göstərilməsini xahiş edib. O, oxşar tədbirlərin Monqolustan və Bolqarıstanda da keçirildiyini qeyd edib.

Səfir Polad Bülbüloğlu Assambleyanın fəaliyyətinə dair verilmiş ətraflı məlumata görə qarşı tərəfə təşəkkürünü ifadə edərək, səsləndirilən təklifin nəzərdən keçiriləcəyini deyib.

Həmçinin, görüş əsnasında regionda baş verən proseslər müzakirə olunub. Bu kontekstdə Polad Bülbüloğlu diqqəti son günlər Ermənistan rəhbərliyinin etdiyi məsuliyyətsiz bəyanatlarına çəkərək, onların danışıqlar prosesinə ciddi xələl gətirdiyini qonaqların diqqətinə çatdırıb.

Mixail Fyodorov təmsil etdiyi təşkilatın “Sülh və quruculuq naminə birgə qalib olduq” adlı layihəsi haqqında danışıb. Növbəti il İkinci Dünya müharibəsində qələbənin 75 illiyinin qeyd olunacağına toxunaraq, sözügedən müharibənin acı nəticələri, digər ölkələrlə yanaşı Çin, Monqolustan və Hindistanın verdiyi qurbanlara toxunub və sözügedən müharibə haqqında danışarkən bu ölkələrin yerləşdiyi coğrafiyanın unudulmamasının vacibliyini önə çəkib.

Azərbaycanın səfiri son dövrlər radikal milliyyətçiliyin təzahür etdiyini, faşizmin qəhrəmanlaşdırılması cəhdlərinin müşahidə olunduğunu bildirib və belə halların artmasından narahatlığını ifadə edərək, misal kimi Ermənistanda Qareqin Njdeyə abidənin ucaldılmasını göstərib. Bundan əlavə, Ermənistan dövlət rəsmilərinin açılış mərasimində iştirakı faktını önə çəkərək, belə halların olduqca təhlükəli olduğunu vurğulayıb və buna indiyədək lazımi reaksiyanın verilmədiyini təəssüflə qeyd edib.

Andrey Belyaninov İkinci dünya müharibəsi zamanı Sovet İttifaqı Qəhrəmanı adı almış kifayət qədər azərbaycanlının olduğunu bildirərək, onlardan birinin şərəfinə Bakıda abidənin ucaldılması fikrini irəli sürüb. Səfir Polad Bülbüloğlu təklifi müsbət qarşılayıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

P.S.

 

Paylaş:
574

Son xəbərlər

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19
Bütün xəbərlər