Putin Ağabəy Əsgərova medal verdi
Rusiya Prezidenti Vladimir Putin "Azərbaycan" nəşriyyatının baş direktoru Ağabəy Əsgərovun "Puşkin" medalı ilə təltif olunması haqqında Fərman imzalayıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Ağabəy Əsgərov Rusiya və Azərbaycan xalqlarının mədəniyyətlərinin yaxınlaşması və qarşılıqlı surətdə zənginləşməsi işinə töhfəsinə görə mükafatlandırılıb.
S.Xankişiyeva
538