“Qarabağ müharibəsinin keçmiş döyüşçüsü kimi Sizə sədaqət andı içirəm - Vətənimizi qorumağa hazıram” – Ali Baş Komandana məktub | 1news.az | Xəbərlər
Siyasət

“Qarabağ müharibəsinin keçmiş döyüşçüsü kimi Sizə sədaqət andı içirəm - Vətənimizi qorumağa hazıram” – Ali Baş Komandana məktub

11:06 - 17 / 07 / 2020
“Qarabağ müharibəsinin keçmiş döyüşçüsü kimi Sizə sədaqət andı içirəm - Vətənimizi qorumağa hazıram” – Ali Baş Komandana məktub

Məlum olduğu kimi, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Azərbaycan vətəndaşları məsələ ilə bağlı Prezident İlham Əliyevə çoxsaylı məktublar ünvanlayıblar.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Xanoğlan Vəliyevdən, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sizin bütün ictimai-siyasi fəaliyyətiniz xalqın milli maraqlarına əsaslanır. Siz insanların rifah halının ildən-ilə yaxşılaşmasına çalışırsınız.

Sizin prinsipial, qətiyyətli siyasətiniz sayəsində Azərbaycan dövləti, həmçinin ordumuz son dövrlər şərəfli inkişaf yolu keçmişdir.

Cənab Prezident, Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatının qarşısını alan ordumuzu dəstəkləyir, ehtiyatda olan zabit kimi döyüşlərdə iştirak etməyə hazır olduğumu bildirirəm”.

Pənah Azadzadədən, Füzuli, Azərbaycan

“Hörmətli cənab Prezident.

Ordumuz bu gün Sizin məqsədyönlü siyasətiniz sayəsində Azərbaycanın müstəqilliyinə yönələn hər hansı bir təhdidə yüksək səviyyədə cavab verməyə qadirdir. Biz gənclər Sizə inanırıq və hər birimiz Sizin verdiyiniz əmrlərə hazırıq”.

Ceyhun Kərimovdan, Zərdab, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bu gün hər bir azərbaycanlı qələbə əzmi ilə yaşayır. Bu qələbə ruhu torpaqlarımızın işğaldan azad ediləcəyinə içilən anddır.

Qarabağ müharibəsinin keçmiş döyüşçüsü kimi Sizə sədaqət və qələbə andı içirəm - Vətənimizi qorumağa hazıram.

Sizin haqq yolunuzu dəstəkləyir, əmrinizi gözləyirəm”.

Tahir İsmayılovdan, Qobustan, Azərbaycan

“Hörmətli cənab Prezident.

Xalqımız Sizin yanınızdadır, Sizinlə birlikdə qələbə istəyi ilə gözlərimiz Qarabağa hədəflənib. Sizi dinlədikcə çıxışlarınızda qələbə ovqatı duyuruq.

Bəli, Azərbaycanın güclü ordusu var. Güclü ordumuzun şəxsi heyətinin yüksək döyüş hazırlığını yüksək mənəvi-psixoloji hazırlığı tamamlayır. Azərbaycan əsgərinin döyüş əzmi, qələbə ruhu hərbi anda, dövlətə, dövlətçiliyə sədaqətin ifadəsidir. Bu gün səngərlərdə qələbə ruhu dolaşır.

Cənab Prezident, Azərbaycan qələbə marşının çalınması anını gözləyir. Son ana qədər Sizinlə birlikdəyik”.

Cavid Səmədlidən, Salyan, Azərbaycan

“Hörmətli cənab Prezident.

Hər zamankı kimi, bu gün də Azərbaycan xalqının yanındasınız, torpaqlarımızın düşmən işğalından azad olması üçün əlinizdən gələni edirsiniz. Mən əminəm ki, Sizin rəhbərliyinizlə biz torpaqlarımızı işğaldan azad edəcəyik. Biz gənclər hər zaman Sizin yanınızdayıq və əmrinizi icra etməyə hazırıq”.

Azad Bayandurovdan, Füzuli, Azərbaycan

“Hörmətli cənab Prezident.

Siz ulu öndər Heydər Əliyevin siyasətini bütün sahələrdə uğurla davam etdirərək ordu quruculuğuna böyük töhfə verirsiniz. Vətən torpaqlarının azadlığı uğrunda Sizin əmrinizi yerinə yetirməyə qadirik. Yeni Azərbaycan Partiyasının gənc üzvü olaraq Sizin döyüş əmrinizi gözləyir, iradənizə inanırıq. Biz hər zaman Sizin yanınızdayıq. Biz birlikdə güclüyük”.

Şəhla İmanzadədən, Zəngilan, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sizin illərdir ordu quruculuğu sahəsində apardığınız məqsədyönlü siyasət öz nəticəsini göstərməkdədir. Bir neçə il öncə aprel döyüşlərində qazandığımız qələbə və bu gün Azərbaycan ordusunun düşməni amansızcasına məğlub etməsi məhz güclü ordumuzun, güclü Ali Baş Komandanımızın sayəsindədir. Sizi əmin edirik ki, damarında azərbaycanlı qanı axan hər bir kəs müharibəyə hazırdır”.

Valeh Qurbanovdan, Qusar, Azərbaycan

“Hörmətli cənab Ali Baş Komandan.

Bütün Qusar gəncləri döyüşə hazır vəziyyətdə Sizin əmrinizi gözləyir. Vətənimizi qorumağa, torpaqlarımız uğrunda mübarizə aparmağa, Vətən uğrunda şəhid olmağa hazırıq. Sizə inanırıq, güvənirik, Sizi dəstəkləyirik”.

Məhəmməd Əmirovdan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Biz daim Sizinləyik. Sizə - Ali Baş Komandanımıza inanırıq. Əminəm ki, Sizin rəhbərliyinizlə qısa müddətdə torpaqlarımız işğaldan azad ediləcək. Bunun üçün əmrinizi gözləyirik”.

Amil İsgəndərzadədən, Kəlbəcər, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bildirmək istəyirəm ki, hər zaman Sizinləyik. YAP-ın gənc üzvləri olaraq Sizin apardığınız siyasəti hər zaman dəstəkləmişik və bu gün də, Ali Baş Komandan kimi Sizin iradənizə inanaraq əminik ki, ordumuz tezliklə düşmən üzərində layiqli qələbə çalacaqdır.

Möhtərəm cənab Prezident, ərazi bütövlüyümüz uğrunda savaşmaq üçün Sizin əmrinizi gözləyirik. Xalqımız və ordumuz Sizə güvənir və Sizin ətrafınızda sıx birləşib”.

Vüsal Namazlıdan, Samux, Azərbaycan

“Hörmətli cənab Prezident.

Ordumuzun gücü, qüdrəti Sizin siyasi iradənizi göstərən ən gözəl amildir. Son günlərdə düşmən təxribatları qarşısında sinəsini sipər edən qəhrəman əsgərlərimizə və zabitlərimizə inamımız tamdır və Sizin əmrinizlə onlarla çiyin-çiyinə vuruşacağımızı səbirsizliklə gözləyirik”.

Murad Cəfərovdan, Tərtər, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Biz cəbhə bölgəsində yaşayan tərtərlilər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarına verilən layiqli cavabı alqışlayırıq. Sizinlə-Ali Baş Komandanımızla, Milli Ordumuzla qürur duyuruq. Azərbaycan düşmən təxribatına verdiyi cavabla bütün dünyaya sübut etdi ki, ölkəmizin güclü, nizami ordusu var. Aprel döyüşlərində olduğu kimi ordumuz düşmənə sarsıdıcı zərbələr vurmağa qadirdir, Ali Baş Komandanın əmri ilə hər an torpaqlarımızı işğaldan azad etməyə hazırdır.

Biz tərtərlilər uşaqdan-böyüyə hər birimiz Vətənimizin ərazi bütövlüyü uğrunda müharibəyə hazırıq. Tanrı bizə Sizinlə birlikdə ordumuzun düşmən üzərində qələbə sevincini yaşatsın. Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycan xalqı qələbənin yaxında olduğunu bütün qəlbi ilə hiss edir. Tanrı Sizi qorusun. Tezliklə üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda dalğalansın. Biz buna inanırıq”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

Paylaş:
529

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər