Qənirə Paşayeva Türkiyədə qalan tələbələrin ölkəyə gətirilməsindən danışdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Qənirə Paşayeva Türkiyədə qalan tələbələrin ölkəyə gətirilməsindən danışdı

12:23 - 31 / 05 / 2020
Qənirə Paşayeva Türkiyədə qalan tələbələrin ölkəyə gətirilməsindən danışdı

“Qardaş Türkiyə ilə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi Azərbaycan prezidentinin siyasətinin əsas istiqamətlərindən biridir. Bu sənəd də həmin siyasətin həyata keçirilməsini təmin edir”.

1news.az-ın APA-ya istinadən məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Qənirə Paşayeva deyib.

O, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin də müraciətini diqqətə çatdırıb: “İyunun 15-də Türkiyədə tədris yekunlaşır. Bu uşaqlar iyunun 15-də istər özəl, istərsə də dövlət yataqxanalarından çıxmağa məcbur olacaqlar. Təxminən 2400 nəfər qeydiyyatdan keçib və onların qayıtması zəruridir. Bu uşaqların iyunun 15-dən sonra harada qalacaqları bilinmir. Bu ailələrin əksəriyyəti uşaqlarının biletlərini almağa da razıdırlar. İyunun 15-nə qədər çarter reyslərlə bu uşaqların ölkəmizə geri qaytarılmasına şərait yaradılmalıdır. Aidiyyəti qurumlardan bu məsələni diqqətə almağa xahiş edirəm. Yataqxanadan artıq çıxarılma mərhələsində olan uşaqların ölkəyə gətirilməsi məsələsi öz həllini tapmalıdır”.

Millət vəkili Hikmət Babaoğlu isə bildirib ki, Avropa və digər ölkələrdən də tələbələrin ölkəmizə gətirilməsi məsələsi aktualdır: “Bu tələbələrin də ölkəmizə çarter reyslərlə gətirilməsi məsələsi öz həllini tapmalıdır”.

1news.az

Paylaş:
447

Son xəbərlər

Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı22 / 04 / 2024, 17:35Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk22 / 04 / 2024, 17:22Agentlikdən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ22 / 04 / 2024, 17:17Putin: Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb22 / 04 / 2024, 17:02ABB-nin baş sponsorluğu ilə alış-veriş festivalı davam edir!22 / 04 / 2024, 16:59Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub22 / 04 / 2024, 16:50Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - FOTO22 / 04 / 2024, 16:36Azərbaycana mənsub sulara icazəsiz daxil olan şəxslər saxlanıldı, narkotik aşkarlandı - FOTO -VİDEO22 / 04 / 2024, 16:19“Azercell Telekom” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir - FOTO - VİDEO22 / 04 / 2024, 16:10Kəndlərin qaytarılmasına etiraz edən erməni silahlılar saxlanıldı - FOTO22 / 04 / 2024, 15:58
Bütün xəbərlər