Ramin Məmmədov: Azərbaycanda heç kimin fəaliyyətinə, qeyri-qanuni addımlarına, fərdi statusuna görə qiymət verilmir | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramin Məmmədov: Azərbaycanda heç kimin fəaliyyətinə, qeyri-qanuni addımlarına, fərdi statusuna görə qiymət verilmir

12:35 - 23 / 08 / 2020
Ramin Məmmədov: Azərbaycanda heç kimin fəaliyyətinə, qeyri-qanuni addımlarına, fərdi statusuna görə qiymət verilmir

“Azərbaycan hüquqi dövlətdir və qanun qarşısında hamı bərabərdir. Sosial statusu, tutduğu vəzifə, göstərdiyi xidmətlər heç kimə qanunun tələblərindən yan keçmək imtiyazı vermir”.

1news.az-ın verdiyi xəbərə görə, bunu Milli Məclisin deputatı Ramin Məmmədov avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının hazırkı rəhbəri Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin karantin qaydalarını pozaraq qızına toy etməsi ilə bağlı məsələyə öz fikirlərini bildirib.  

O, qeyd edib ki, Azərbaycan prezidenti dəfələrlə öz çıxışlarında qanunun tələblərinə hər kəsin əməl etməsinin zəruriliyini vurğulayıb. Qanun qarşısında bərabərlik dövlətdə davamlı sabitliyin, cəmiyyətin bütün təbəqələrindən olan vətəndaşların maraq və mənafelərini müdafiə etməyə qadir mükəmməl idarəçilik mexanizminin yaradılmasının fundamental prinsiplərindən biridir.

“Bu gün Azərbaycan dövləti elə bir inkişaf səviyyəsinə çatıb ki, qanundan yan keçmək, gizlənmək, digər vətəndaşlarla müqayisədə daha böyük üstünlüklər əldə etmək mümkün deyil. Çünki qanunlar və onların icrasına məsul dövlət qurumlarının kifayət qədər dəqiq, operativ işləyən nəzarət mexanizmləri var. Üstəlik ictimai nəzarətin də bu məsələdə rolu zaman keçdikcə artır. Ona görə də hər birimiz atdığımız addımları daha dərindən ölçüb-biçməli, dövlətimizin qanunlarına hörmət nümayiş etdirməliyik”.

Deputat bildirib ki, Azərbaycanda heç kimin fəaliyyətinə, qeyri-qanuni addımlarına fərdi statusuna görə qiymət verilmir. “Qanunları pozan hər kəsi qanun cəzalandırır. Yəni hansısa vəzifəli şəxsin yol verdiyi pozuntulara onun sosial statusuna görə qiymət verilməməlidir. Bu, məsələnin yalnız mənəvi-psixoloji tərəfi kimi qiymətləndirilə bilər. Sadə vətəndaş qanun qarşısında hansı məsuliyyət daşıyırsa, vəzifəli şəxsin də hüquqi məsuliyyəti eynidir, ona hansısa əlavə üstünlüklər, yaxud imtiyazlar tanınmır. Çünki hüququn başlıca prinsipi ədalətdir, hüquq insanlara deyil, konkret əməllərə qiymət verir”.

Ramin Məmmədov hesab edir ki, son hadisələr (yəni Azərbaycan Milli Elmlər Akademiyasının hazırkı rəhbəri Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin karantin qaydalarını pozaraq qızına toy etməsi və buna görə də Abşeron Rayon Məhkəməsinin 22 avqust tarixli qərarı ilə həbs edilməsi) bir daha qanunlara əməl etməyin vacibliyinə dair cəmiyyətə ünvanlanmış mesaj kimi dəyərləndirilməlidir. Bu mesajdan isə hər kəs nəticə çıxarmalıdır. “Qanunlar vətəndaşların mənafelərini qorumaq üçün qəbul olunur. İndiki situasiyada COVİD-19 pandemiyası ilə bağlı karantin rejiminin tətbiqindən irəli gələn müəyyən qadağalar, məhdudiyyətlər var. Hansı ki, vətəndaşların, o cümlədən bu qanunu pozan şəxslərin də sağlamlığını qorumağa xidmət edir. Yəni onlara qarşı tətbiq olunan cəzalar həm də onların öz mənafelərini qoruyur.

Millət vəkili bütün vətəndaşları qanunların tələblərinə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə riayət etməyə çağırıb.

Qeyd edək ki, Abşeron Rayon Məhkəməsinin 22 avqust tarixli qərarı ilə karantin qaydalarını pozaraq qızına toy təşkil edən – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin kürəkəni - sabiq millət vəkili İlham Əliyev həbs edildi. Hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən iclasda o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 15 sutka həbs edildi. Bundan əlavə, toyun digər təşkilatçısı, keçmiş deputat İlham Əliyevin qudası Rövşən Mustafayev də 15 sutka inzibati qaydada həbs edildi.

Mövzu ilə əlaqədar oxuyun:

Prezident İlham Əliyev Ramiz Mehdiyevə “dərs verdi” – VİDEO

Məzahir Əfəndiyev: Azərbaycan cəmiyyətində toxunulmaz şəxs yoxdur

Ramil Həsən: Azərbaycan dövləti sübut etdi ki, vəzifəsindən və kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir

Adil Əliyev: Bəzi səlahiyyətli şəxslər karantin qaydalarını bilərəkdən pozur

Ramiz Mehdiyevin kürəkəni 15 sutka həbs edildi – FOTO – VİDEO

Karantində toyda iştirak etdiyi üçün Siyavuş Novruzova töhmət verilib

Sabiq deputatın toy edən qudası 15 sutka həbs edildi

Karantində özünə ad günü edən müğənni cərimələndi

S.Xankişiyeva

 

 

Paylaş:
4915

Son xəbərlər

Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18FHN Bakı Avropa liseyində təlim keçibBu gün, 13:13Məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək şagirdlərin sayı açıqlandıBu gün, 12:38Eşqi Bağırov: Bağçaların artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıbBu gün, 12:36Son 3 ayda bağçalara 39 müdir təyinatı olubBu gün, 12:3030 dərəcəyədək isti olacaq - Sabahın HAVASIBu gün, 12:27Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər - VİDEOBu gün, 12:23Sürəti saatda 50 km-dən çox olan motosikllər üçün idxal gömrük rüsumu müəyyənləşibBu gün, 12:17Aprelin 21-də imtahan verəcək şagirdlərin sayı açıqlanıbBu gün, 11:37
Bütün xəbərlər