REAL TV 3 əməkdaşının işdən çıxarılmasına aydınlıq gətirdi | 1news.az | Xəbərlər
Cəmiyyət

REAL TV 3 əməkdaşının işdən çıxarılmasına aydınlıq gətirdi

15:48 - 18 / 02 / 2020
REAL TV 3 əməkdaşının işdən çıxarılmasına aydınlıq gətirdi

Real TV-nin əməkdaşları Afət Telmanqızı, Ləman Əliəşrəfqızı və İlqar Mikayıloğlu işdən çıxarılıb.

1news.az
Yenisabah.az-a istinadən xəbər verir ki, buna səbəb onların sosial şəbəkələrdə 9 fevral seçkilərində baş verən qanun pozuntuları barədə paylaşımlar etməsidir.

Afət Telmanqızı saytımıza açıqlamasında bildirib ki, rəhbərlik onların qarşısında şərt qoyub: Ya yazdıqlarınızı silin, ya da işdən çıxın.

“Biz də işdən çıxmağı seçdik. Təhdidlə şərt qoymuşdular. Biz isə yazdıqlarımızı silməməyi üstün tutduq. Biz dövlətə qarşı hansısa pis iş tutmamışıq. Sadəcə seçkidə baş verən qanun pozuntuları ilə bağlı faktları ictimailəşdirmişik. Mən və Ləman xanım 9 fevral seçkilərinə namizəd kimi qatılmışdıq. İlqar Mikayıloğlunun isə xanımı namizəd idi. İndi necə ola bilər ki, orada baş verən qanun pozuntuları barədə danışmayaq? Bu həm də jurnalist kimi bizim borcumuzdur”, - deyə Afət Telmanqızı bildirib.

REAL TV Ləman Ələşrəfqızı və Afət Telmanqızının işdən çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Kanalın məlumatda bildirilir ki, KİV-lərdə və sosial şəbəkələrdə Milli Məclisə seçkilərlə bağlı tutduqları mövqelərinə görə, REAL TV-nin bəzi əməkdaşlarının işdən kənarlaşdırıldığına dair müxtəlif mülahizələr yayılır.

Bununla əlaqədar bildirilib ki, Milli Məclisə seçkilərə qatıldıqlarına görə, Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq, REAL TV-nin əməkdaşları Afət Məhərrəmova və Ləman İsmayılova ilə xidməti müqavilə uzadılmayıb:

“Seçki prosesi başa çatdıqdan sonra həmin şəxslərə öz işlərinə qayıtmaq təklif olunub. Onların telekanalda fəaliyyətlərini davam etdirməsi üçün heç bir məhdudiyyət tətbiq olunmayıb”.

Bunları nəzərə alaraq REAL TV KİV-lərdə və sosial şəbəkələrdə əsassız iddialara son qoyulmasını, həqiqətə uyğun olmayan mülahizələr yayılmamasını xahiş edir.

L.Ələşrəfqızı 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən, onunla eyni televiziyada işləyən həmkarı Afət Telmanqızı isə 125 saylı Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü.

1news.az

Paylaş:
957

Son xəbərlər

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45
Bütün xəbərlər