1news.az

“Recall” termininin mənası nədir və avtomobillərin “geri çağırılması” necə baş verir? – FOTO

13 İyul saat 10:15 ~ 5 dəqiqəlik oxu 1940
“Recall” termininin mənası nədir və avtomobillərin “geri çağırılması” necə baş verir? – FOTO

Məlumatlı avtomobil həvəskarlarına iri avtomobil istehsalçıları tərəfindən xüsusi servis kampaniyası çərçivəsində tez-tez istifadə olunan “Recall” termini yaxşı tanışdır.

Amma yəqin ki, az məlumatlı sürücülər də son zamanlar bəzi avtomobil şirkətləri tərəfindən elan olunan “Recall” haqqında məqalələri görməmiş deyillər. Qeyd etmək istərdik ki, bu termin bir çox hallarda “avtomobillərin geri çağırılması” kimi tərcümə olunur və, öz növbəsində, az məlumatlı oxucularda belə bir təəssürat yarana bilər ki, avtomobil konsernləri müəyyən avtomobilləri toplayıb onları istehsalçıya geri göndərir. Təbii ki, bu həqiqətə uyğun deyil.

Bəs “Recall” terminin mənası nədir və hansı səbəblərdən bu elanlar verilir?

İş burasındadır ki, bir neçə avtomobildə oxşar nasazlıq aşkar olunduqda avtomobil istehsalçıları bu nasazlığın səbəbini araşdırır, səbəbin zavod qüsurunun nəticəsi olduğu halda istehsalçı “Recall” elan edir – bu, hətta mövcud nasazlığın digər avtomobillərdə yaranmasının nəzəri ehtimalını aradan qaldırmaq üçün nasazlıq aşkar olunmuş avtomobillə eyni zavodda, yaxud eyni dövrdə, və ya eyni ehtiyyat hissələrindən istifadə olunaraq istehsal olunmuş avtomobillərin ələvə yoxlanışı və ya müəyyən ehtiyat hissəsinin dəyişdirilməsi deməkdir. Geri çağırılma kampaniyaları yalnız regional diler mərkəzləri tərəfindən həyata keçirilə bilər. Bundan başqa qeyd etmək istərdik ki, geri çağırılma kampaniyası çərçivəsində avtomobillərdə görülən bütün işlər (lazımi ehtiyat hissələrinin dəyəri də daxil olmaqla) müştərilər üçün tamamilə ödənişsizdir.

Bugünkü gün ən səsli-küylü “geri çağırma” kampaniyası avtomobil təhlükəsizlik sistemlərinin ən iri istehsalçılarından biri olan “Takata” korporasiyasının adı ilə bağlıdır. Bu kampaniyanın tələblərinə uyğun olaraq, dünyada təxminən 100 milyon avtomobildə müəyyən təhlükəsizlik yastığı dəyişdirilməli idi. “Takata” korporasiyasının zavodlarında istehsal olunan təhlükəsizlik yastıqları Toyota,  BMW, Nissan, Honda, Mazda, Fiat-Chrysler, Ford, Volkswagen və s. kimi böyük avtomobil istehsalçıları tərəfindən istifadə olunur. Müvafiq olaraq, bu “geri çağırılma” kampaniyası bütün bu böyük şirkətlərə təsir etmişdir.

Gördüyünüz kimi, “geri çağırılma”ların (eyni “Recall”ların) səbəbi kimi praktiki olaraq həmişə mümkün problem, nasazlıq terminlərindən istifadə olunur və bu da problemin 100% mövcudluğunu deyil, sadəcə olma ehtimalını nəzərdə tutur. Beləliklə də, istehsalçı istehlakçını bu nəzəri ehtimaldan qorumağa çalışır. Bununla da, avtomobillərin “geri çağırılması” avtomobil istehsalçılarının öz müştərilərinin maksimum qeydinə qaldığını təsdiq edən adi praktikaya çevrilib.

Yuxarıda qeyd olunan məsələyə aydınlıq gətirilməsi üçün Toyotanın regiondakı rəsmi nümayəndəliyinin  İctimaiyyətlə Əlaqələr şöbəsi ilə əlaqə saxlanılıb və şirkətdən bildirilib ki, “Recall” və ya “geri çağırılma” elanları olarkən yerli nümayəndəlik istehsalçıdan ətraflı məlumat alır və bundan sonra ciddi müəyyən olunmuş reqlamentə uyğun ən operativ şəkildə iş görür:

“Hər şeydən əvvəl bir faktı vurğulamaq istərdim ki, “Recall” elan olunan əksər hallar birmənalı şəkildə problemin  olmasından xəbər vermir. “Recall”ın əsas məqsədi gələcəkdə ehtimal olunan nasazlığın olmaması üçün avtomobillərdə yoxlama, bəndlərin və ya kompanentlərin dəyişdirilməsi kimi kompleks tədbirlər görməkdir. Bizim şirkətə gəldikdə isə, “geri çağırılma” haqqında məlumat xüsusi operativliklə yayılır. Əgər “Recall”-ın siyahısında yerli rəsmi dilerdən alınmış avtomobil olarsa, o zaman mərkəzi ofisdən bütün lazımi texniki məlumat alındıqdan dərhal sonra, diler özü alıcı ilə əlaqə saxlayıb geri çağırma kampaniyası çərçivəsində nəzərdə tutulan işləri görmək üçün vaxt təyin edir.

Başqa ölkələrdən idxal olunan avtomobillərə gəldikdə isə, bu cür avtomobillər də rəsmi dilerə xidmətə gəldikdə açıq geri çağırma və ya xüsusi servis kampaniyası çərçivəsində görüləcək işin olub-olmaması yoxlanılır. Əgər xidmət zamanı belə bir işin mövcudluğu aşkarlanarsa, o zaman diler idxalçıdan lazımı texniki sənədləri və ehtiyat hissələrini aldıqdan sonra müştərini bütün müvafiq yoxlama və ya dəyişdirmə işlərinini həyata keçirmək üçün yenidən servis mərkəzinə dəvət edir”.

Əlbəttə, unutmaq lazım deyil ki, müştəri ilə birbaşa əlaqə onun avtomobili alarkən və ya servis mərkəzinə gələrkən qeyd etdiyi əlaqə nömrələrini dəyişmədiyi halda mümkün olur. Bütün yuxarıda qeyd olunanlardan başqa, Toyota şirkəti alındığı yerdən asılı olmayaraq (istifadə olunmuş avtomobillərin bazarı da daxil olmaqla) bütün Toyota və Lexus avtomobil sahiblərinin öz avtomobillərinin xüsusi servis kampaniyası çərçivəsində xidmətə ehtiyacı olub-olmadığını sərbəst şəkildə yoxlaya bilməsinin də qeydinə qalmışdır. Bunun üçün avtomobil sahibinin bu keçidə https://www.toyota.az/vincheck/index.json daxil olaraq avtomobilinin şassi nömrəsini (VİN kodu) yazması yetərlidir.

Açıq kampaniya olduğu halda, avtomobilin sahibi müvafiq bildiriş aldıqdan sonra Azərbaycandakı Toyota və ya Lexus-un rəsmi dilerinə  müraciət etməli olacaq: Əlavə məsləhət almaq və istehsalçı tərəfindən müəyyən olunmuş işləri tez bir zamanda həyata keçirmək üçün  Toyota Bakı Mərkəzi, Toyota Abşeron Mərkəzi, Toyota Gəncə Mərkəzi və ya Lexus Bakı Mərkəzinə getmək yetərli olur. Bu cür kampaniya çərçivəsində görülən bütün işlər müştərilər üçün tamamilə ödənişsizdir.

Daha bir mühüm məqam ondan ibarətdir ki, Toyotanın əsas fəlsəfəsi daim təkmilləşdirməyə can atmaq olduğu üçün, Toyota/Lexus istehsalçısı yorulmadan yeni geri cağırma və yaxud xüsusi servis kampaniyasına gətirib çıxardan ən müxtəlif təhlil və qiymətləndirmə metodlarından istifadə edərək öz avtomobillərinin istismar keyfiyyətini nəzarətdə saxlayır. Bu səbəbdən də, Toyota və Lexus avtomobillərinin sahiblərinə avtomobillərinin şassi nömrələrini (VİN kod) yuxarıda qeyd olunan keçidə daxil olaraq yoxlamalarını məsləhət görürük ki, yeni xüsusi servis  və ya geri cağırılma kampaniyası elan olunduqda vaxtında xəbərdar olsunlar və istehsalçı tərəfindən nəzərdə tutulan işləri həyata keçirə bilsinlər.

Reklam hüququnda

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net