1news.az

Rövzət Qasımov təklif etdi, 4 məntəqənin nəticəsi ləğv olundu

21 Fevral saat 17:51 ~ 1 dəqiqəlik oxu 233
Rövzət Qasımov təklif etdi, 4 məntəqənin nəticəsi ləğv olundu

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 81 saylı  Beyləqan Seçki Dairəsindən qeydə alınan namizəd Anar Məmmədov və digərlərinin müraciətinə baxılıb.

1news.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov məlumat verib. İ. Məmmədov bildirib ki, şikayətçilər səsvermə günü pozuntuların olduğunu əsas gətirərək həmin dairənin nəticələrinin ləğvini tələb edib: “Araşdırma zamanı şikayətçinin təqdim etdiyi 5 protokoldan yalnız 31 saylı məntəqəyə aid olan protokolda uyğunsuzluqlar var. Bu səbəbdən həmin məntəqənin nəticələri ləğv edilməlidir”.

MSK sədrinin müavini Rövzət Qasımov isə təklif edib ki, 1, 4 və 6 saylı məntəqədə də pozuntular baş verib, onlar da ləğv olunmalıdır.

MSK 81 saylı Beyləqan Seçki Dairəsinin 1, 4, 6, 31 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin ləğvi ilə bağlı qərar qəbul edib.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net