Rus mətbuatı: “Ermənistanın Baş naziri satqın babasına bəraət qazandırmağa çalışdı, lakin daha da pis oldu” | 1news.az | Xəbərlər
Ermənistan

Rus mətbuatı: “Ermənistanın Baş naziri satqın babasına bəraət qazandırmağa çalışdı, lakin daha da pis oldu”

14:09 - 28 / 05 / 2020
Rus mətbuatı: “Ermənistanın Baş naziri satqın babasına bəraət qazandırmağa çalışdı, lakin daha da pis oldu”

Rusiya mediası İkinci Dünya Müharibəsi zamanı nasistlərlə əməkdaşlıq etmiş Ermənistanın Baş naziri Nikol Paşinyanın babası haqqında məqalələr dərc etməyə davam edir.

Növbəti məqalə: “Ermənistanın Baş naziri satqın babasına bəraət qazandırmağa çalışdı, lakin daha da pis oldu” –  adlı məlumat info24.ru saytında dərc edilib.

Həmin materialı oxucuların diqqətinə dəyişiklik olmadan təqdim edirik:

“Ermənistan Xarici İşlər Nazirliyi ölkənin Baş nazirinin babasının İkinci Dünya Müharibəsi illərində nasistlərlə işbirliyi ilə bağlı yaranan qalmaqalı aradan qaldırmağa çalışdı. Ermənistan rəsmilərinin təkzib etmək üçün yaydığı qalmaqallı nəşrləri dezinformasiya oldu.

Qələbənin 75 illik yubileyi ərəfəsində, Ermənistanın Baş naziri Nikol Paşinyan babasının – onun da adı Nikol Paşinyan idi – şəklini sosial şəbəkədə yayımladı.

“138-ci atıcılıq diviziyasının 554-cü atıcılıq alayında xidmət etdi. Vətəni uğrunda canından keçənlərə əbədi etiram!”, – deyə Ermənistan hökumətinin başçısı yazıb.

Belə ki, 2007-ci ildə Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşəbbüsü ilə yaradılan “Memorial” saytında (www.obd-memorial.ru) Böyük Vətən Müharibəsi zamanı vəfat etmiş və itkin düşmüş Vətən müdafiəçiləri ilə bağlı məlumatlar həqiqətə uyğundur. Burada həmçinin Nikola Paşinyan haqqında məlumatlar var ki, bu da Ermənistan mediasının yaydığı məlumatlarla tamamilə üst-üstə düşür.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumat bazasının materiallarından belə nəticə çıxır ki, Paşinyanın babası əsir düşmüş, “düşmənlə əməkdaşlıq etmiş” və Ukraynanın qərbində, Zviakeldə (Zvyaqel, hazırda Novograd-Volınski) ölüb.

Qalmaqallı məlumatı təkzib etmək üçün Ermənistan Xarici İşlər Nazirliyi Nikol Paşinyan-böyük adının qarışıqlığı barədə məlumat yaydı. Qurumun məlumatına görə, adaş kimi tanınan Nikol Vartanoviç Paşinyan və Baş nazirin babası Nikol Arakeloviç Paşinyan eyni kənddən – Enokovandan cəbhəyə gediblər. Nazirlikdən verilən açıqlamada "o, həmçinin Rusiya Müdafiə Nazirliyinin yuxarıda göstərilən məlumat bazasında Qızıl Ordunun çavuşu hərbi rütbəsi ilə tapıla bilər" deyilir.

Nikolay Arakeloviç saxtadır?

Bu bəyanata baxmayaraq, “Memorial”ın saytında yalnız bir Nikolay Paşinyan Vartanoviç  –nasistlərin ortağı olan haqqında məlumat var. Nikolay Arakeloviç Paşinyan axtarış nəticələrində yoxdur. Bazada Paşinyan soyadı olan bir çox insan var, lakin adı (Nikolay) və doğum ili (1913) yalnız bir halda – Nikolay Vartanoviç Paşinyan qeydlərində Ermənistanın baş nazirinin babasının məlumatları ilə üst-üstə düşür.

Nikolay Arakeloviç Paşinyanın məlumatlarında edilən axtarış göstərir ki, "Xalqın yaddaşı" saytında belə məlumatlar olan bir səhifə var. Google-ın yaddaşındakı görüntüyə görə, Ermənistan bBaş nazirinin "rəsmi" babası haqqında məlumatlar sayta yüklənib, lakin 26 may tarixindən etibarən bu səhifə tapılmayıb və ya silinib (404 səhv).

Göründüyü kimi, sayt moderatorları məlumatları yoxlayarkən bu səhifəni siliblər. Beləliklə, hazırda müharibə iştirakçılarının məlumat bazalarında Nikolay Arakeloviç Paşinyan haqqında heç bir məlumat yoxdur.

Paşinyan-böyük kimlərlə döyüşüb?

Müharibə zamanı 1913-cü il təvəllüdlü Nikolay Paşinyanın bir müddət itkin düşdüyü bildirilİR, daha sonra onun düşmən tərəfinə keçdiyi məlum olur. Ermənistanın baş nazirinin babası Garegin Njdehin rəhbərlik etdiyi SS legionunun tərkib hissəsində, yəni Nasist Almaniyası uğrunda döyüşüb.

Garegin Ter-Arutyunyan (Njde) - erməni hərbi-siyasi xadimi. 1942-ci ildə nasist hərbi administrasiyasının təşəbbüsü ilə Berlində yaradılan Ermənistan Milli Şurasının yeddi üzvündən biri olub. Açıqlanmış Mərkəzi Kəşfiyyat İdarəsinin sənədlərinə görə, Erməni Milli Şurası bir dəfə Sovet Ermənistanında Alman koloniyası yaratmaq təklifi ilə nasist nazir Alfred Rosenberqə müraciət edir.

“Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib.

1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu” – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ndjeni belə xarakterizə edib.

Mətbuta çıxışı zamanı Ermənistanın Baş naziri Garegin Njdenin fəaliyyətini dəfələrlə haqq qazandırıb.

Yerevanda rusiyalı jurnalistlərlə görüşdə o, Ndjeni İvan Baqramyan və Vyaçeslav Molotovla müqayisə etdi.

Böyük Qələbənin 75 illik yubileyini qeyd etməyə hazırlaşan MDB ölkələrinin zirvə toplantısında Azərbaycan Prezidenti nasistliyin qəhrəmanlaşdırılmasının yolverilməzliyi məsələsini qaldırdı və Paşinyanın Njde ilə bağlı fikirlərini nümunə göstərdi.

Bu tənqidi şərh edən Ermənistan Baş naziri, Nzjdeni yazıçı Aleksandr Soljenitsın ilə müqayisə edərək, bunu hər iki düşərgənin əsiri olmaları ilə əlaqələndirdi.

“Soljenitsını faşistlə müqayisə etmək həyasızlığın zirvəsidir!” – deyən İlham Əliyev sonda qeyd etdi.

Mövzu ilə əlaqədar oxuyun:

Rus tarixçisi Oleq Kuznetsov nə üçün ermənilərin faşist ideologiyasına arxalandıqlarını izah etdi

Paşinyanın babasının SS-çi olduğu üzə çıxdı – FOTO

Nikol Paşinyanın Njdeni nəyə görə əzizləməsinin sirri açıldı – FOTO

İqor Korotçenko: Paşinyanın susqunluğu çoxlu suallar yaradır

Erməni daşnaklarının Hitlerə və Holokosta rəğbətini ifşa edən sənəd aşkar edilib

Tərcümə: S.Xankişiyeva

 

 

 

Paylaş:
1727

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər