Rus tarixçisi Oleq Kuznetsov ermənilərin nə üçün faşist ideologiyasına arxalandıqlarını izah etdi
Erməni təbliğatının özəlliyi onun dərin mənfəətpərəst olması və əslində yalnız daxili auditoriyaya, habelə diaspor erməniləri üçün hazırlanmasıdır. O ermənilər tərəfindən ermənilər üçün yaradılıb və yalnız ermənilər üçün maraqlıdır.
Bunu fikirləri 1news.az-a Rusiyanın məşhur politoloqu, tarixçi və hüquqşünas Oleq Kuznetsov açıqlayıb.
Onun sözlərinə görə, bir əsr əvvəl, erməni-qriqorian kilsəsinin dini doqması bu məqsədlərə xidmət edirdi, lakin sonradan onu – sırf millətçi və hətta irqçi bir nəzəriyyə – Garegin Njde ideologiyası ilə əvəzləndi.
“Bunun əsasında, hətta seçilmək üçün xüsusi armenoid irqini də icad etdilər. Bu, müasir ermənilərin Njdeyə və onun nəzəriyyəsinə bu qədər çox bağlı olmasının dəqiq izahıdır – sadəcə köhnə arxaik dinini əvəz etdi, qaydalarını müasir dildə yazdı”, - dedi.
Onun sözlərinə görə, ideologiyanın radikalizmi əslində təcavüzkar xarici mühit şəraitində birləşdirici amildir - ermənilər bütün qonşuları və xeyirxahları - Rusiya, Türkiyə, Azərbaycan və Gürcüstanla mübahisə edə bildilər.
“Ermənistanın hazırkı hakimiyyətinin fikrincə, Qaregin Ndje nasizm nəzəriyyəri təkcə erməni xalqını birləşdirmir, eyni zamanda onu iqtidarın maraqlarına uyğunlaşdıracaq birləşdirici və səfərbər qüvvə olmasıdır.
İnsanları yüksək və aşağı təbəqələrə ayıran ideologiya insan hüquqları ilə bağlı bütün müasir fikirlərin əsasını qoyduğu “azad torpaqlarda azad insanların sərbəst işləməsi” ideyasını tamamilə rədd edir. Yerevandakı rəsmi təbliğatçıların buna necə müqavimət göstərməsindən asılı olmayaraq, buna görə də nasistdir”.
Xatırladaq ki, Ermənistanda Qələbənin 75 illiyi ərəfəsində mətbuatda rəsmi Yerevanın keçmiş SSRİ-nin bütün xalqları üçün müqəddəs bir bayramı qeyd etməkdən tamamilə imtina edəcəyilə bağlı məlumat yayılmışdı.
Bundan əlavə, Ermənistanın Baş naziri Nikol Paşinyanın babası İkinci Dünya Müharibəsi zamanı nasistlərlə işbirliyi etdiyi ortaya çıxdı.
Bu barədə məlumatlar erməni jurnalistlərin Ermənistanın Baş nazirinin babasına həsr etdiyi çox sayda yazıları, Paşinyanın Facebook sosial şəbəkəsində babasına yazı həsr etdikdən sonra məlum oldu.
Belə ki, 2007-ci ildə Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşəbbüsü ilə yaradılan “Memorial” saytında (www.obd-memorial.ru) Böyük Vətən Müharibəsi zamanı vəfat etmiş və itkin düşmüş Vətən müdafiəçiləri ilə bağlı məlumatlar həqiqətə uyğundur. Burada həmçinin Nikola Paşinyan haqqında məlumatlar var ki, bu da Ermənistan mediasının yaydığı məlumatlarla tamamilə üst-üstə düşür.
Mövzu ilə əlaqədar oxuyun:
Paşinyanın babasının SS-çi olduğu üzə çıxdı – FOTO
Nikol Paşinyanın Njdeni nəyə görə əzizləməsinin sirri açıldı – FOTO
İqor Korotçenko: Paşinyanın susqunluğu çoxlu suallar yaradır
Erməni daşnaklarının Hitlerə və Holokosta rəğbətini ifşa edən sənəd aşkar edilib
Tərcümə: S.Xankişiyeva