Rusiyalı müşahidəçi: Seçki məntəqələrində heç bir qanunsuzluq qeydə alınmayıb | 1news.az | Xəbərlər
Siyasət

Rusiyalı müşahidəçi: Seçki məntəqələrində heç bir qanunsuzluq qeydə alınmayıb

09:55 - 10 / 02 / 2020
Rusiyalı müşahidəçi: Seçki məntəqələrində heç bir qanunsuzluq qeydə alınmayıb

Seçki məntəqələrində heç bir təşviqat, qanunsuz hərəkət olmayıb.

Trend-in məlumatına görə, bunu Rusiya Federasiyası Dövlət Dumasının deputatı Aleksey Juravlyov mətbuat konfransı zamanı deyib.

A.Juravlyov bildirib ki, onlar vəziyyəti diqqətlə qiymətləndiriblər:

"Bir neçə cəhəti qeyd etmək istərdim. Birincisi, seçkilərin kifayət qədər yüksək səviyyədə təşkili. Beynəlxalq tələblərə gəldikdə, bütün texniki məsələlərə tamamilə əməl olunub. Heç bir təşviqat, ərazilərdə qanunsuz hərəkətlər qeydə alınmayıb".

Dövlət Dumasının deputatı məntəqələrdə çox sayda müşahidəçinin olduğunu da qeyd edib:

"İlk növbədə qeyd etmək istərdim ki, bütün müşahidəçilər seçki müşahidəsi baxımından bütün lazım olan çıxışla təmin edilib ki, bu da vacibdir".

O, seçicilərin baş barmaqlarında olan xüsusi işarələrə də münasibət bildirdi:

"Bütün müşahidəçilər insanların yaxınlaşdıqlarını diqqətlə izlədilər və ultrabənövşəyi şüalanmada seçicinin ilk dəfə səs verməsi aydın görünürdü".

Son olaraq o dedi ki, ümumilikdə seçkilər qanuni, rəqabət şəraitində keçib.

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib.

Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5426 daimi seçki məntəqəsi fəaliyyət göstərib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

S.Xankişiyeva

 

Paylaş:
461

Son xəbərlər

Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19
Bütün xəbərlər