1news.az

Rüşvətxor məmur cinayətinin sübutunu udmaq istəyərkən boğuldu – VİDEO

3 Mart saat 14:23 ~ 1 dəqiqəlik oxu 336
Rüşvətxor məmur cinayətinin sübutunu udmaq istəyərkən boğuldu – VİDEO

Rusiyanın İrkutsk vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları yerli kənd təsərrüfatı müəssisənə baş çəkiblər.

“MK.ru” xəbər verir ki, orada işləyən məmurlardan biri kəsilmiş ağac ixracına icazə əvəzində rüşvət almaqda şübhəli bilinib.

Müəssisənin idarəsində keçirilən axtarış zamanı məmur onun cinayətini sübuta yetirən sənədi udmağa çalışıb.

Lakin rüşvətxor məmurun planı alt-üst olub, çünki o boğulmağa başlayıb.

Onun köməyinə hüquq-mühafizə orqanlarının əməkdaşı gəlib.

O, məmurun belinə vuraraq boğulmaqdan xilas edib.

Qeyd etmək lazımdır ki, həmin sənəddə müəssisənin qara mühasibatı haqda məlumatlar olub.

Hal-hazırda rüşvətxor məmur həbs edilib.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Rusiya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net