“Samsung PowerStick” – əl çatmayan yerlərdə belə sürətli təmizlik | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Samsung PowerStick” – əl çatmayan yerlərdə belə sürətli təmizlik

10:00 - 20 / 09 / 2019
“Samsung PowerStick” – əl çatmayan yerlərdə belə sürətli təmizlik

Bir qədər un və ya şəkər tozu dağıldıqda bir çoxumuz böyük həcmli tozsoranı işə salmaqdan imtina edirik.  Belə ki, gözümüz önünə uzun uzadı quraşdırma prosesini gətirib, bütün boru və keçirmə hissələr haqqında düşünürük. Ən əsası isə təmizlik bitdikdən dərhal sonra tozsoranı yenidən de-montaj edib yerinə qoymaq məcburiyyətində oluruq. Belə olduğu halda, rahat və yığcam tozsoranın hər zaman əlimizin altında olması hər birimizin arzusudur.

“Samsung” şirkətinin təqdim etdiyi “PowerStick” adlanan şaquli (vertikal)  tozsoran, xaric edilə bilən akkumulyator üzərində işləyərək təmizliyin öhdəsindən məharətlə gəlir. Bununla yanaşı cihaz erqonomik korpusa da malikdir. İncə konstruksiyası sayəsində tozsoran divara söykənməni tələb etmədən, rahatlıqla “dayana” bilir. Belə ki, təmizlik zamanı digər işlərə vaxt ayırmanız tələb olunarsa, siz sadəcə tozsoranı olduğu yerdə qoyub, mətbəxə keçə bilərsiniz.

Həmçinin, cihaz olduqca yığcam olduğundan tozsorana əlavə yer ayırmanız tələb edilmir. “PowerStick”-in digər üstünlüyü isə onun erqonomik dizaynıdır ki, tozsoran asanlıqla otaqlar daxilində hərəkət edə bilir. 180 dərəcə əyilə bilən xüsusi fırça sayəsində isə cihaz istənilən guşənin təmizliyini rahatlaşdırır. Bununla bahəm istədiyiniz zaman “portativ” tozsoranını konstruksiyadan ayıraraq əl çatmayan yerləri də asanlıqla təmizləyə bilərsiniz. Beləliklə, tozsoran 2-si 1-də konstruksiyasına malik olub xırda guşələrin, dar künclərin və mebellərin təmizliyi üçün də yaralıdır.  

“EZClean” texnologiyası sayəsində, “Samsung”-un təqdim etdiyi şaquli (vertikal)  tozsoran, çirk və saç topalarını asanlıqla toplamağa imkan yaradan yüksək sovurma gücünə malikdir. “EZClean” tullantı konteynerini boşalmaq üçün isə sadəcə xüsusi dəstəyi çəkib, onu zibil yeşiyinə boşalmaq yetərlidir. Həmçinin, “EZClean” fırçasını konstruksiyadan asanlıqla ayırıb təmizləmək  mümkündür.  

Tozsoran 200 Vt-a qədər sovurma gücünü təmin edən və dəqiqədə 110 000 dövr sürəti ilə fırlanan inverter mühərriki ilə təchiz olunub. Burada hava hərəkətini tənzimləyən aerodinamik sistem hava axınlarını optimallaşdırır, multisiklon filtrasiya sistemi isə hətta xırda toz zərrəciklərini belə süzgəcdən keçirir. Təkmilləşdirilmiş mikrofiltr təmizlik zamanı 99,9% tozu neytrallaşdırır. Daha çox təmiz hava -  daha az allergiya.

“Samsung PowerStick” tozsoranı haqqında əlavə məlumatı “Baku Electronics”, “Irshad Electronics”, “Kontakt Home”, “Maxi.Az”, “Soliton” və “Optimal” mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
660

Son xəbərlər

Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55
Bütün xəbərlər