Seçkidən əvvəl media monitorinqinin nəticələri açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Seçkidən əvvəl media monitorinqinin nəticələri açıqlandı

17:05 - 23 / 01 / 2020
Seçkidən əvvəl media monitorinqinin nəticələri açıqlandı

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərin ölkə üzrə monitorinqi çərçivəsində fəaliyyətini davam etdirir.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, yazılı və elektron kütləvi informasiya vasitələrinin AVCİYA tərəfindən aparılmış monitorinqi cari ilin yanvar ayının ilk 3 həftəsini (1-21 yanvar) əhatə edir. Monitorinqə “Azərbaycan”, “Xalq qəzeti”, “Yeni Müsavat”, “Xalq cəbhəsi”, “Şərq”, “Bakı xəbər”, “525-ci qəzet”, “Yeni Azərbaycan” qəzetləri, eləcə də rus dilində nəşr olunan qəzetlər və saytlar - “Bakinskiy raboçiy”, “Nedelya” qəzetləri, Minval.az, 1news.az, Zerkalo.az ,Kaspiy.az, AZƏRTAC, APA, Trend, SƏS (rus dilində) informasiya agentlikləri daxil edilib. Monitorinqdə adı sadalanan KİV-lərdə seçki ilə bağlı xəbərlərin həcmi və təsnifatı yer alıb.

Diaqram 1.

Monitorinqə cəlb etdiyimiz yazılı və elektron KİV-lərdə fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı informasiyanın həcmi (1-21 yanvar 2020)

1-ci diaqramdan göründüyü kimi, monitorinq müddətində (1-21 yanvar 2020) seçki ilə bağlı informasiyaların ən çox getdiyi KİV-lər arasında liderlik “Azərbaycan” qəzetinə (167 xəbər) məxsusdur, sonrakı yerləri müvafiq olaraq Trend (91 xəbər) və AZƏRTAC (87 xəbər) informasiya agentlikləri tutur. Seçki ilə bağlı ən az informasiya isə “Bakinskiy raboçiy” (4 xəbər), “Nedelya” (3 xəbər) və “525-ci qəzet”də (7 xəbər) gedib.

Diaqram 2.

Fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı informasiyanın təsnifatı

(1-21 yanvar 2020)

2-ci diaqramda seçki ilə bağlı informasiyanın təsnifatı əks olunub. Monitorinqə cəlb etdiyimiz yazılı və elektron mediada parlament seçkiləri ilə bağlı 472 xəbər, MSK-nın 193 sənədi (Mərkəzi Seçki Komissiyasının qərarları), təbliğat xarakterli 71 material və 30 analitik yazı gedib.

1news.az

Paylaş:
765

Son xəbərlər

8 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51
Bütün xəbərlər