1news.az

Smartfonlar üçün ən zərərli proqramların adı açıqlanıb

17 Yanvar saat 16:20 ~ 1 dəqiqəlik oxu 868
Smartfonlar üçün ən zərərli proqramların adı açıqlanıb

"Bitdefender" antivirus istehsalçısı smartfonlar üçün ən zərərli proqramların adını açıqlayıb. Proqramların siyahısı şirkətin saytında dərc edilib.

1news.az ictnews.az-a istinadən bildirir ki, "Android" üçün proqramlarda reklam göstərən xüsusi alqoritm aşkar edilib. Quraşdırmadan 48 saat sonra proqramlar nisbətən az sayda bannerlər göstərib, lakin bir qədər sonra göstərilən reklamların sayı artıb. Mütəxəssislər dəqiqləşdiriblər ki, üzə çıxan reklamlar yalnız proqramların normal istifadəsinə mane olmayıb, həm də smartfonların prosessorunu xeyli yükləyib ki, bu da cihazların avtonom işləmə müddətinə mənfi təsir göstərib.

"Bitdefender"in nümayəndəsi deyib ki, bannerlər xaotik göstərilib və bu, xüsusi alqoritm sayəsində mümkün olub. Bu, "Android"in daxili təhlükəsizlik alətlərinin reklamın göstərilməsi şablonlarını hesablaya bilməməsi üçün edilib. Mütəxəssislər bildiriblər ki, proqramların açılması vaxtı reklam üç haldan birində üzə çıxıb. Mütəxəssislər "Google Play" kataloqunda zəhlətökən reklamdan ibarət və smartfonların batareyasının şarjını azaldan 17 proqram aşkar ediblər. "Car Racing 2019" yarış simulyatoru, "4K Wallpaper" və "Backgrounds 4K HD", "Explorer" fayl meneceri və başqa məhsullar həmin proqramlar arasındadır. Məlumata görə, zərərli proqram yüklənmələrinin ümumi sayı 550 mindən çox təşkil edib.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İqtisadiyyat BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net