Soydaşımız Estoniyada siyasi partiyanın həmsədri seçildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Soydaşımız Estoniyada siyasi partiyanın həmsədri seçildi

16:04 - 25 / 09 / 2020
Soydaşımız Estoniyada siyasi partiyanın həmsədri seçildi

Estoniyada yaşayan Züleyxa İsmayılova bu ölkədə fəaliyyət göstərən "Yaşıllar" partiyasının həmsədri seçilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu, sentyabrın 12-də keçirilmiş qurultayda partiyanın nizamnaməsinə edilmiş dəyişikliklər nəticəsində baş verib. Dəyişikliklərə əsasən, partiyaya 2 həmsədr rəhbərlik edəcək. Həmsədr seçilən soydaşımıza ətraf mühitin qorunması məsələləri həvalə edilib.

Xatırladaq ki, Züleyxa İsmayılova siyasətçi olmaqla yanaşı eko-aktivist, fotoqraf və jurnalistdir. Öncə ətraf mühitin müdafiəsi məsələləri ilə məşğul olan "Eston yaşıllar hərəkatı"nda könüllü kimi fəalliyət göstərib, 2005-ci ildən siyasətə qoşularaq Sosial-Demokatlar Partiyasına daxil olub. 2012-ci ildə bu partiyanı tərk edib, iki il sonra "Estoniya Yaşılları" partiyasına üzv olmağa üstünlük verib.

Qeyd edək ki, Z.İsmayılova 1985-ci ildə Tallində dünyaya göz açıb. Atası azərbaycanlı, anası estondur. Atasının vəfatınadək ailəsi Azərbaycanda yaşayıb. Sonra anası və bacısı ilə birlikdə Estoniyaya qayıdıb, 2017-2019-cu illərdə Tallinn şəhərinin vitse-meri vəzifəsində işləyib.

1news.az

Paylaş:
421

Son xəbərlər

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19
Bütün xəbərlər