Təhsil Nazirliyində onlayn mətbuat konfransı keçirilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil Nazirliyində onlayn mətbuat konfransı keçirilib - VİDEO

16:48 - 01 / 07 / 2020
Təhsil Nazirliyində onlayn mətbuat konfransı keçirilib - VİDEO

İyulun 1-də Təhsil Nazirliyində onlayn mətbuat konfransı keçirilib.

1news.az xəbər verir ki, konfransın mövzusu “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının icrasına həsr olunub. 

Mətbuat konfransında xaricdə doktorantura təhsili üzrə cari vəziyyətə toxunulub. Dövlət Proqramı çərçivəsində  2020-ci ilin yaz semestri üçün xaricdə doktorantura təhsili üzrə müraciət edən namizədlərin müsabiqə nəticələri açıqlanıb. Ümumilikdə elektron ərizə sistemi vasitəsilə müraciətini təsdiq edən 67 nəfərdən 45-i müsahibə mərhələsinə buraxılıb. Müsabiqə nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı müvafiq proqram çərçivəsində 11 ölkənin 22 nüfuzlu ali təhsil müəssisəsində doktorantura səviyyəsində təhsil almaq hüququ qazanıb. Onlar təhsillərini başa vurduqdan sonra ölkəmizə qayıdaraq müqavilə tərəfdaşı olan yerli ali təhsil müəssisəsində pedaqoji fəaliyyətə cəlb ediləcəklər. Bu prosesdə 9 yerli ali təhsil müəssisəsi tərəfdaş kimi iştirak edir.

Qeyd edilib ki, 2020-ci ilin payız semestrindən xaricdə doktorantura təhsili üçün növbəti sənəd qəbulu açıq elan edilib və son müraciət tarixi 2 avqust 2020-ci ildir. Namizədlər elanla buradan tanış ola bilərlər.

Konfrans çərçivəsində media nümayəndələrinə həmçinin ikili diplom proqramlarının icrasına dair cari vəziyyətlə bağlı məlumat verilib. Bildirilib ki, Azərbaycanda ali təhsil standartlarının müasirləşdirilməsi məqsədilə ilkin mərhələdə Dövlət Proqramı çərçivəsində beş beynəlxalq ikili diplom proqramının təsis olunması nəzərdə tutulur. Bu məqsədlə aşağıda göstərilən dörd ikili diplom proqramından ilk ikisi üzrə işlər yekunlaşdırılıb, digərləri üzrə isə yekunlaşmaq üzrədir. Həmin proqramlar üzrə növbəti tədris ili üçün tələbə qəbulu həyata keçiriləcək:

  • ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “Təhsil” ixtisası istiqaməti üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı;
  • ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə ADA Universitetinin “İnformasiya texnologiyaları” ixtisası istiqaməti üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı;
  • Koreya Respublikasının “INHA” ali təhsil müəssisəsi ilə Bakı Mühəndislik Universitetinin (BMU) “Mühəndislik” ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramı; 
  • Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqrar elmlər” ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramı.

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, ADPU və CVU-nin “Təhsil” ixtisası üzrə magistratura proqramına növbəti sənəd qəbulu barədə elan verilib.  2020-ci il fevralın 23-də keçirilən magistraturaya qəbul imtahanında iştirak etməyən cari və əvvəlki illərin məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən iyul ayı ərzində ayrıca imtahan təşkil ediləcək. İmtahanda bakalavriat səviyyəsinin “Təhsil”, “Humanitar və sosial”, “İqtisadiyyat və idarəetmə”, həmçinin “Təbiət” ixtisasları qruplarında yer alan ixtisaslardan birini bitirən şəxslərin iştirakına icazə verilib. Namizədlər elanla buradan tanış ola bilərlər.

Daha sonra UFAZ-da ilk dəfə magistratura səviyyəsi üzrə keçirilən qəbul imtahanlarının nəticələrindən söz açılıb. Bildirilib ki, imtahanda uğurlu nəticə əldə edən 80 nəfər 2020-2021-ci tədris ili üçün bu ali təhsil müəssisəsinin magistratura səviyyəsində ödənişsiz əsaslarla təhsil almaq hüququ əldə edib. Ətraflı məlumatla buradan tanış olmaq mümkündür.

Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. 

Qeyd edək ki, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili ilə bağlı I müsabiqənin nəticələrinə dair geniş statistika və göstərilən ikili diplom proqramları haqqında ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

Qafar Ağayev

Paylaş:
704

Son xəbərlər

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07
Bütün xəbərlər