“The Jerusalem Post” Azərbaycan müxalifətindəki gey qalmaqalından yazdı | 1news.az | Xəbərlər
Siyasət

“The Jerusalem Post” Azərbaycan müxalifətindəki gey qalmaqalından yazdı

15:04 - 26 / 05 / 2020
“The Jerusalem Post” Azərbaycan müxalifətindəki gey qalmaqalından yazdı

İsrailin məşhur "The Jerusalem Post" qəzetində Azərbaycan müxalifətində yaşanan gey qalmaqalına həsr olunan yazı dərc edilib.

1news.az xəbər verir ki, yazıda bildirilir ki, "Milli Şura" adlanan qurumun əsas üzvləri arasındakı onlayn danışıqlar qrup daxilindəki ciddi homofobik sentimentləri üzə çıxarıb.

Mayın 13-ü və 17-də yayılan dörd videoda diqqət cinsi azlıqların hüquqları məsələsinə yönəldilib. Keçmiş deputat, "Milli Şura"nın üzvü Gültəkin Hacıbəyli deyib ki, Qərb üçün bir nömrəli prioritet seksual azlıqların, arzuolunmazların hüquqlarıdır.

Sonra danışıqların mövzusu Hacıbəylinin tənqid etdiyi azərbaycanlı gey jurnalist İsmayıl Cəlilov olub. Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri Rafiq Manaflı söhbətə müdaxilə edib və İsmayıl Cəlilovu "kişi fahişəsi" adlandırıb. O, zamanında Hitlerin bütün geyləri məhv etməməsinin təəssüf doğurduğunu bildirib.

Milli Şuranın daha bir üzvü Qənimət Zahid isə deyib: "Bizim görüşümüz canlı yayımlanır, ehtiyatlı olun".

Yazıda qeyd edilir ki, bu danışıqlar Azərbaycan siyasi həyatında hay-küyə səbəb olub. "Milli Şura"nın sədri Cəmil Həsənli bu videoların sızdırılmasını "kibercinayət" kimi qiymətləndirib.

Gültəkin Hacıbəyli bildirib ki, ola bilər onun danışığı "sərt" və "kobud" səslənib. O, ümumilikdə seksual azlıqlar haqqında deyil, məhz bir şəxs haqqında danışdığını deyib: "Mən bununla bağlı üzrxahlıq yazmışam. Əgər Azərbaycanda seksual azlıqlar qrupunun hansısa üzvü bu sözləri özünə aid edibsə bu, səhvdir".

Manaflı isə öz fikirlərinə görə üzr istəməkdən imtina edib və nümayişkəranə şəkildə cinsi azlıqların təbliğ olunmasını qəbul edə bilmədiyini vurğulayıb. Buna baxmayaraq, o, cinsi azlıqların məhv edilməsi ilə bağlı sözlərinə görə təəssüləndiyini deyib və bu sözləri "uğursuz və yersiz" adlandırıb. 

1news.az

Paylaş:
703

Son xəbərlər

8 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51
Bütün xəbərlər