1news.az

Toyota şirkəti istehsal etdiyi avtomobillərin populyarlığının sirrini açıqlayıb – FOTO

10 Dekabr saat 10:45 ~ 2 dəqiqəlik oxu 193
Toyota şirkəti istehsal etdiyi avtomobillərin populyarlığının sirrini açıqlayıb – FOTO

Toyota şirkətinin istehsal etdiyi avtomobillər həqiqətən də regionumuzda sevilir və populyardır.

Bu avtomobillərə olan yüksək marağın səbəbi onların güvənli və dözümlü olmasındadır. Lakin, şirkət müştərilərinin qayğısına sadəcə yüksək keyfiyyətli avtomobillər istehsal etməklə qalmır.

Toyota şirkətinin istehsal etdiyi avtomobillərin populyarlığının sirri nədədir və şirkət öz məhsullarının keyfiyyətinin təkmilləşdirilməsinə necə nəzarət edir?

“Toyota Caucasus” bu haqda maraqlı məlumatı bizimlə paylaşıb:

“Toyota fəlsəfəsinin əsasında Kaizen idealogiyası durur. Bu, yapon dilindən tərcümədə daim mükəmməlliyə doğru can atmaq deməkdir. Bizim şirkətimiz bu prinsiplərə yalnız avtomobilləri istehsal edərkən deyil, həm də sonradan bazarda istifadədə olan avtomobilləri izləməklə sadiq qalır.

Öz nüfuzuna dəyər verərək və fəaliyyətinin bütün tərəflərində müştərilərinin qayğısına qalmağın vacibliyini anlayaraq Toyota şirkəti öz yüksək standartlarına uyğun gəlməyən hissələrin və ya xüsusiyyətlərin hər hansı bir hadisə yaratmasının qarşısını almaq üçün  xüsusi servis kampaniyaları həyata keçirir.

Bu, istehsalçı tərəfindən müəyyən olunmuş Toyota və Lexus markalı avtomobillərində müəyyən edilmiş işlərin həyata keçirilməsi və ya xüsusi servis kampaniyalarının şərtləri çərçivəsində avtomobilin müxtəlif komponentlərinin dəyişdirilməsini nəzərdə tutur.

Toyota və ya Lexus avtomobilinin sahibi öz avtomobilinin xüsusi servis kampaniyası çərçivəsində hansısa servis xidmətinə ehtiyacı olduğunu yoxlamaq istəyirsə, avtomobilin şassi nömrəsini (VİN kodu/Ban) bu keçidə https://www.toyota.az/vincheck yazıb yoxlaya bilər.

Açıq kampaniya olduğu halda, müştəri bildiriş alır və daha sonra Azərbaycandakı Toyota və ya Lexus-un rəsmi dilerinə (avtomobilin markasından asılı olaraq) müraciət edir. Əlavə məsləhət almaq və istehsalçı tərəfindən müəyyən olunmuş işləri tez bir zamanda həyata keçirmək üçün  Toyota Bakı mərkəzi, Toyota Abşeron mərkəzi, Toyota Gəncə mərkəzi və ya Lexus Bakı mərkəzinə getmək yetərli olur.

Özəlliklə vurğulamaq istəyirik ki, istehsalçının xüsusi servis kampaniyası çərçivəsində bütün işlər müştərilər üçün ödənişsiz həyata keçirilir.

Əvvəl də qeyd etdiyimiz kimi, Toyota şirkətinin fəlsəfəsinin əsasında daim mükəmməlləşmə idealogiyası durur. Biz ən müxtəlif analiz və qiymətləndirmə metodlarından istifadə edərək öz avtomobillərimizin istehlak keyfiyyətini daim izləyirik və bu da yeni xüsusi servis kampaniyalarının yaradılmasına gətirib çıxarır. Beləliklə də, Toyota və Lexus avtomobillərinin sahiblərinə mütəmadi olaraq avtomobillərinin VİN kodunu yoxlamağı məsləhət görürük ki, yeni kampaniya olduğunda istehsalçı tərəfindən müəyyən olunmuş işlər vaxtında bilinsin və həyata keçirilsin”.

Reklam hüququnda

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net