Tural Gəncəliyev beynəlxalq təşkilatlara çağırış edib | 1news.az | Xəbərlər
Siyasət

Tural Gəncəliyev beynəlxalq təşkilatlara çağırış edib

14:27 - 13 / 09 / 2019
Tural Gəncəliyev beynəlxalq təşkilatlara çağırış edib

“Qondarma cinayətkar xunta rejimi Azərbaycanın işğal edilmiş ərazilərində erməni icmasını əsarət altında saxlayır və azərbaycanlıların ora geri dönməsini əngəlləmək məqsədilə işğalın nəticələrini “legitimləşdirmək” üçün müxtəlif təxribatlara əl atır”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev jurnalistlərə açıqlamasında deyib.

“Onlar bu istiqamətdə qondarma seçkilər keçirir və bir-iki nəfər deputatı, hansısa xarici ölkənin nümayəndəsini ora dəvət edirlər. Beynəlxalq təşkilatların nümayəndələrinin Dağlıq Qarabağa səfər etməsindən bəhs edən şoular düzəldirlər. Amma birmənalı olaraq deyirəm ki, erməni rejiminin bu addımı təxribatdır və cinayətkar xunta rejiminin düşdüyü çıxılmaz çətin vəziyyətin göstəricisidir”, - T. Gəncəliyev vurğulayıb.

İcma sədri qeyd edib ki, bu təxribatların heç bir nəticəsi olmayacaq: “Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfər edən beynəlxalq təşkilatlara və media nümayəndələrinə çağırış edərək onları Azərbaycanın əzəli və işğal olunmuş torpaqlarına qanunsuz səfərlər etməməyə çağırıram. Çünki bu səfərlərin heç bir hüquqi əsası yoxdur.

S.Xankişiyeva

 

Paylaş:
357

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər