Tural İsmayılov: Avropa Parlamentini arqument göstərənlər qəsdən insanları aldatmaq istədi | 1news.az | Xəbərlər
Siyasət

Tural İsmayılov: Avropa Parlamentini arqument göstərənlər qəsdən insanları aldatmaq istədi

11:36 - 16 / 01 / 2020
Tural İsmayılov: Avropa Parlamentini arqument göstərənlər qəsdən insanları aldatmaq istədi

Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə böyük maraq var.

1news.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tual İsmayılov deyib. Onun sözlərinə görə, bu durum bəzi daxili və xarici qüvvələri ciddi narahat edir:

“İndiyə qədər 77 beynəlxalq müşahidəçi akreditasiyadan keçib. MSK dünyadakı seçkiləri müşahidə edən ən nüfuzlu qurumlara, təşkilatlara seçkiləri müşahidə etmək üçün dəvətlər göndərdi. İnanıram ki, ölkədə 9 fevralda keçiriləcək seçkilər tam şəffaf və demokratik şəraitdə keçiriləcək. Azərbaycandakı seçkiləri bir çox beynəlxalq müşahidəçi qurum izləyəcək. Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyanın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PA DİMBİ) direktor vəzifəsini icra edən Yekaterina Qoloulinanın rəhbərliyi ilə həmin qurumun əməkdaşlarından ibarət beynəlxalq müşahidəçilər qrupunun üzvləri Bakı şəhərində Milli Məclisə növbədənkənar seçkilər üzrə seçki kampaniyanın gedişini müşahidə etməyə artıq başlayıblar.

Bundan başqa, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da geniş seçki müşahidələri aparacaq. Azərbaycan hökumətinin rəsmi dəvəti ilə ATƏT DTİHB ölkədəki seçkiləri müşahidə edəcək, təəssüf ki, bəzi daxili və xarici qüvvələr bunu görməmək üçün gözlərinə qaranlıq “siyasi eynək” taxıblar sanki. Həmçinin, Avropa ölkələrindən, dünyanın önəmli siyasi institutlarından önəmli isimlər seçkiləri müşahidə edəcək. Bir sözlə, Azərbaycandakı növbədənkənar parlament seçkiləri beynəlxalq qurumların diqqətində olacaq”.

T.İsmayılov vurğulayıb ki, missiyası seçkilərdə iştirak olan bəzi siyasi qruplar tək qaldıqlarından və “boykot” qərarlarının heç bir effekt doğurmadığını gördüyündən Avropa Parlamenti ilə bağlı çaşdırıcı “mövqe” paylaşdılar:

“Elementar siyasi biliyi olan hər kəs bilir ki, Azərbaycan hansı təşkilata, dövlətə seçkiləri müşahidə etməklə bağlı dəvətnamə göndəribsə onlar da seçkiləri müşahidə edəcək. Avropa Şurasının Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası da seçkini izləyəcəklər sırasındadır. Müşahidə missiyası yalnız o zaman gəlir ki, dövlət tərəfindən rəsmi dəvət məktubu olsun.

İncə bir məqam var ki, bunu anti-Azərbaycan şəbəkələr də bilməmiş deyil.  Azərbaycan Avropa İttifaqının üzvü deyil və ölkəmizin Avropa Parlamentində də nümayəndə heyəti yoxdur. Ona görə də Azərbaycan Aİ-ə, Avropa Parlamentinə heç bir dəvətnamə göndərməyib. Təbii ki, Azərbaycan tərəfi dəvətnamə göndərmədiyi halda onların seçkiləri müşahidəçi göndərməyi mümkün deyil”.

Ekspert vurğulayıb ki, Avropa Parlamentini arqument kimi istifadə edənlər qəsdən insanları aldatmaq istəsə də, növbəti dəfə biabır oldu.

1news.az

Paylaş:
3274

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər