1news.az

Türkiyə KİV-ləri Prezident İlham Əliyevin xalqa müraciətini geniş işıqlandırıb – FOTO

17 Oktyabr saat 18:32 ~ 1 dəqiqəlik oxu 1140
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin xalqa müraciətini geniş işıqlandırıb – FOTO

Prezident İlham Əliyevin oktyabrın 17-də Azərbaycan xalqına müraciəti Türkiyə kütləvi informasiya vasitələri (KİV) tərəfindən geniş işıqlandırılıb. Bəzi telekanallar müraciəti canlı yayımla təqdim edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhərinin düşmən tapdağından azad olunması barədə verdiyi məlumat Türkiyə KİV-lərində sürətlə yayılıb. O cümlədən dövlətimizin başçısının fikirləri ayrıca xəbərlər kimi ictimaiyyətə çatdırılıb.

Məlumatları Anadolu, İHA, DHA agentlikləri, TRT Haber, Haber Türk, TGRT, A Haber, Haber Global, CNN Türk telekanalları, “Akşam”, “Milliyyət”, “Sabah”, “Yeni çağ”, “Yeni akit” və s. qəzetləri, həmçinin bir sıra xəbər portalları yayıb.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net