Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə görüşüb – YENİLƏNİB | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə görüşüb – YENİLƏNİB

19:29 - 23 / 10 / 2020
Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə görüşüb – YENİLƏNİB

Bu ilin 23 oktyabr tarixində ABŞ-a işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Ceyhun Bayramov ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, nazir Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsində son vəziyyətlə bağlı müzakirə aparıb, Ermənistan tərəfinin destruktriv siyasəti, Azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə atəşə tutulması, xaricdən muzdluların və terrorçuların kütləvi cəlb olunması və sair məsələlər barədə ətraflı məlumat verib.

Nazir Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycanın haqlı mövqeyi BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə əsaslanır.

Söhbət zamanı, həmçinin Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair məsələlər üzrə fikir mübadiləsi aparılıb.

18.26

Vaşinqtonda Xarici işlər naziri Ceyhun Bayramovun ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşü keçirilib.

Trend-in məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.

Qeyd edək ki, axşam saatlarında M.Pompeonun Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanla da görüşü nəzərdə tutulub/

S.Xankişiyeva

 

Paylaş:
584

Son xəbərlər

AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamıBu gün, 10:45Qırğızıstan Prezidenti Azərbaycana gəlirBu gün, 10:38Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44
Bütün xəbərlər