Vüqar Rəhimzadə: Prezidentimizin növbəti əfv Sərəncamı humanist siyasətin əyani təzahürüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Vüqar Rəhimzadə: Prezidentimizin növbəti əfv Sərəncamı humanist siyasətin əyani təzahürüdür

15:58 - 07 / 04 / 2020
Vüqar Rəhimzadə: Prezidentimizin növbəti əfv Sərəncamı humanist siyasətin əyani təzahürüdür

“Dövlətimizin başçısı İlham Əliyevin dünyanı bürüyən, böyük sosial və iqtisadi  fəsadlara yol açan, eyni zamanda, insanların həyatını təhdid edən koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri sırasında  yaşı 65-dən yuxarı olan vətəndaşlarımızın  sağlamlığının təminatını prioritet məsələ kimi öndə saxlaması  böyüklərimizə diqqət və hörmətin bariz nümunəsidir.

Bu fikirləri 1news.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP)  Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə  dövlət başçısının növbəti əfv Sərəncamını şərh edərkən deyib.

 “Möhtərəm Prezidentimiz tərəfindən humanizm və insanpərvərlik istiqamətində atılan bütün addımlar Azərbaycanda  vətəndaş amilinin dövlət siyasətinin əsasında dayandığını, daim onların  təhlükəsiz, sağlam, əmin-amanlıq şəraitində yaşamasının prioritetliyini bir daha təsdiqləyir. Cənab İlham Əliyevin  «Məhkum edilmiş  bir sıra şəxslərin  əfv olunması haqqında» Sərəncamına uyğun olaraq  yaşı 65-dən  yuxarı olan 176 nəfərin cəzasının çəkilməmiş hissəsindən azad edilməsi də bu diqqətin tərkib hissəsi, dövlətimizin humanizm siyasətinin növbəti təzahürüdür”. 

V.Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin ölkə vətəndaşlarını  koronavirus pandemiyasından  etibarlı müdafiəsini təşkil etmək istiqamətində atdığı addımlar təqdir olunur, insan hüquq və azadlıqlarının qorunmasının, onların yüksək rifahının təmin edilməsinin prioritetliyini bir daha təsdiq edir:

“Bu çağırışlar artıq günümüzün əsas tələbləri sırasındadır Özümüzü, böyüklərimiz qoruyaq, əzizlərimizə dəstək olaq. Dövlətimizin başçısı İlham Əliyevin məlum əfv Sərəncamının  sevincini yaşayan  əfv olunan şəxslər  bu humanist aktdan düzgün nəticə çıxarmalı,  Azərbaycan dövlətinin qanunlarına dönmədən əməl etməlidirlər. Dövlət öz vətəndaşlarının bütün hüquq və azadlıqlarını  qoruyur, təmin edir. Hər birimizin vətəndaşlıq borcu isə budur ki, cəmiyyətin idarə olunmasında əhəmiyyətli rol oynayan qanunlarımıza hörmətlə yanaşaq,  onların tələblərinə dönmədən əməl edək.

Baş redaktor bildirib ki, bu günümüz üçün əsas vəzifəmiz koronovirus pandemiyasına qarşı mübarizə tədbirlərinin öz müsbət nəticəsini verməsinə dəstəyimizi  göstərməkdir.  Əsas dəstək «Biz birlikdə güclüyük» prinsipini öndə saxlamaqla  karantin qaydalarının  tələblərinə əməl etmək,  ətrafımızı bu  xəstəliyə yoluxmadan xilas etmək olmalıdır:

“Dövlətimizin başçısı İlham Əliyevin daha riskli yaş qrupu olaraq 65 yaşdan yuxarı vətəndaşlarımızın qayğısına  qalması, Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin qaydalarında da onların evdə olmasının bir tələb kimi irəli sürülməsi ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Yaşı 65-dən çox olan tənha şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmətlər göstərilir. Onların gündəlik tələbatlarının ödənilməsi  ilə bağlı zəruri ərzaq və avadanlıqlar, dərman vasitələrinin alınması, müxtəlif ödənişlərin edilməsi və sair kimi məsələlər dəstəklə təmin olunur. Dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xalqa müraciətlərində daha çox diqqət yönəldilən  məsələ məhz böyüklərimizin qayğısına qalmaq, onlara hörmətlə yanaşmaqdır”.

Diqqəti  ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışından bu günə qədər imzalanan əfv sərəncamlarına və qəbul olunan Amnistiya aktlarına yönəldən V.Rəhimzadə qeyd edib ki, son sənəd öz mahiyyəti baxımından xüsusi diqqət çəkir. Dünyanı bürüyən koronavirus təhlükəsi ilə mübarizə tədbirlərinin gücləndirilməsinə ehtiyacın artdığı, eyni zamanda, dövlətimizin  istər insanların sağlamlığının təminatı, istərsə də sosial və iqtisadi fəsadların aradan qaldırılması istiqamətində səylərinin gücləndirildiyi bir vaxtda Prezident İlham Əliyevin cəzaçəkmə müəssisələrində olan  böyüklərimizi də düşünməsi, onların bu xəstəliyə yoluxmaması üçün belə bir hümanist sənədi imzalaması təqdirəlayiqdir.

V.Rəhimzadə sənədin icrasının başa çatdığını önə çəkərək bildirib ki, möhtərəm Prezidentimiz İlham Əliyev atdığı addımları ilə hər bir vətəndaşının yanında olduğunu, onların qayğısına qaldığını bir daha təsdiq etdi:

“Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin humanist addımları səhv etmiş insanlara həyatda yeni şansın verilməsinə, onların həyatın, azadlığın dəyərini dərk etmələrinə,  səhvlərindən nəticə çıxarıb düzgün yola qayıtmalarına böyük dəstəkdir.  Mərhəmətlilik, xeyirxahlıq, bağışlamaq kimi prinsipləri həyata keçirdiyi siyasətin önündə saxlayan Azərbaycan dövlətinin bu addımları, eyni zamanda,  demokratik dəyərlərə sadiqliyin  nümunəsi kimi də qiymətlidir.”

1news.az

Paylaş:
505

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər