Vüqar Rəhimzadə: Ümidverici rəqəmlər fonunda səhlənkarlığa imkan verməməliyik | 1news.az | Xəbərlər
Cəmiyyət

Vüqar Rəhimzadə: Ümidverici rəqəmlər fonunda səhlənkarlığa imkan verməməliyik

17:14 - 12 / 08 / 2020
Vüqar Rəhimzadə: Ümidverici rəqəmlər fonunda səhlənkarlığa imkan verməməliyik

“Operativ Qərargahın avqustun 5-dən karantin rejiminin yumşaldılması ilə bağlı qərarını şərtləndirən əsas amil koronavirus  epidemiyasının geniş yayılmasının qarşısının alınması üzrə 21 iyun 2020-ci il tarixindən etibarən tətbiq olunan sərtləşdirilmiş tədbirlər nəticəsində sanitar-epidemioloji vəziyyətdə müşahidə olunan stabilləşmə oldu. Həmin  müddətdə  gündəlik statistik rəqəmlər  yoluxanların sayında azalmanı, müalicə olunub əvvəlki həyatlarına qayıdanların sayında isə artımı təsdiqlədi”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında  bildirib: 

“Bu yumşalmaların, xüsusilə SMS icazənin ləğvinin, çimərliklərin fəliyyətinin bərpasının   müsbət dinamikanın davam etdirilməsinə nə kimi təsir göstərəcəyi hazırda günümüzün əsas müzakirə mövzuları sırasındadır.  Bu baxımdan ki, ötən dəfə   bəzi insanların yumşalmanı koronavirusun yoxa çıxması kimi qəbul etməsi   müsbət dinamikanın zəifləməsinə, yəni yoluxanların sayının artmasına səbəb oldu. Məhz arxayınlaşmanın yaratdığı fəsadlar karantin rejiminin növbəti dəfə sərtləşdirilməsini, cərimələrin  tətbiqini zərurətə çevirdi. Pandemiyaya qarşı mübarizə tədbirlərinə başlandığı gündən  Azərbaycanın tətbiq etdiyi təcrübə beynəlxalq səviyyədə təqdir olundu.  Ölkəmiz bu  mübarizədə özünütəcridi əsas amil kimi önə çəkərək vətəndaş məsuliyyətinin artırılmasını bir tələb kimi qarşıya qoydu. Dövlətimizin  uğurlu addımları ilk gündən bu proqnozu səsləndirməyə əsas verdi ki,  Azərbaycan hər bir ölkə üçün sınaq kimi dəyərləndirilən koronavirusdan sonadək  az itki ilə çıxacaq,  postpandemiya dövründə   yeni iqtisadi model tətbiq ediləcək,  iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi nəticəsində  yaranmış çətinliklər qısa zamanda aradan qalxacaq, əhalinin  sosial müdafiəsinin gücləndirilməsi öz prioritetliyini qoruyacaq”.

V.Rəhimzadə qeyd edib ki, koronavirusa yoluxmanın azaldılması, ümumiyyətlə, xəstəliyin coğrafiyasının genişlənməməsi üçün tətbiq olunan qaydalar o qədər də çətin deyil- Məsafə saxlamaq, qoruyucu vasitələrdən istifadə etmək, tez-tez əlləri yumaq. Sağlamlığımızı qorumaq istəyiriksə, bu tələblərə yüksək səviyyədə  əməl etməliyik: «Sevindirici haldır ki, artıq son günlər  yoluxanların sayında  azalmalar davamlı xarakter alıb. Sayın ikirəqəmli  ədədlə ifadə olunması yenə də arxayınlıq yaratmamalı, tələb olunan qaydalar arasında sosial məsafənin gözlənilməsini önə çəkməlidir.  Bu baxımdan ki, hazırda çimərlik mövsümüdür,  insanların  bu ərazilərdə daha çoxluq təşkil edir.  Mövcud sıxlıq həyacan təbilinin çalınmasına rəvac verməyə bilməz.» 

«Dövlətimizin başçısı İlham Əliyevin,  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın   koronavirus infeksiyası ilə bağlı xalqa müraciətlərində də daim  bu inam ifadə edilir ki,   COVID-19 adlı qorxulu hekayənin geridə qalacağı gün gələcək» söyləyən baş redaktor bildirib ki, məsuliyyət hissini artırmaqla, nizam-intizam qaydalarına yüksək səviyyədə əməl etməklə koronavirusa qalib gəlmək, xoş əhval-ruhiyyə ilə  əvvəlki həyata qayıtmaq mümkündür. Cənab İlham Əliyevin qeyd etdiyi kimi,   karantin rejimi hamını yorub. Çünki bu, elə bir bəla, elə bir xəstəlikdir ki, hələ çarəsi yoxdur. Ona görə yeganə yol insanları qorumaq, yoluxmaların sayını azaltmaq, xəstəliyin geniş vüsət almasına yol verməmək və beləliklə, vətəndaşları, dövlətimizi bu vəziyyətdən xilas etməkdir. Möhtərəm Prezidentimiz bir daha  Azərbaycan vətəndaşlarına müraciət etdi: Məsuliyyətli olun.

V.Rəhimzadə qeyd edib ki, mübarizə tədbirlərinin öz müsbət nəticəsini verməsi üçün  hər bir vətəndaşdan öz borcunu layiqincə yerinə yetirmək tələb olunmaqla yanaşı, məsuliyyəti daha çox çiyinlərində hiss edən peşə sahiblərinə dəstək olmaq da əsas çağırışlardandır:  “Bu günlər  həkimlərdən insanların  sağlamlığının  keşiyində daha ayıq-sayıq dayanmaq, ictimai asayişin keşikçiləri olan polislərimizdən karantin qaydalarına vətəndaşların daha yüksək səviyyədə və ciddi şəkildə riayət etmələrinə nəzarəti gücləndirmək, cəmiyyətimizin güzgüsü olan mətbuatdan obyektivlik, qərəzsizlik, vətənpərvərlik kimi prinsipləri qorumaq əsasında maarifləndirmə işinə böyük töhfələr vermək tələb edilirsə, hər bir vətəndaşa  da məsuliyyətini artırmağa, nizam-intizam qaydalarına riayət etməyə çağırışlar edilməlidir.  Kompleks tədbirlərin həyata keçirilməsi fonunda həm sağlamlığımızı təmin edər, həm də  koronavirsun iqtisadiyyata vurduğu ziyanları aradan qaldırmaq üçün yeni inkişaf modelini tətbiq etməklə uğurlu nəticələrə nail ola bilərik. İlk gündən ölkəmizdə heç bir sosial layihənin təxirə salınmaması, insanların rahatlığının təmin edilməsi üçün biri-birindən önəmli addımların atılması diqqətdən kənarda qalmadı. Bu, Azərbaycanın möhkəm iqtisadi bazaya malik olmasının, ən əsası, iqtisadiyyatını düzgün əsaslar üzərində qurmasının göstəricisidir. Hər bir çətinlikdən uğurla çıxan Azərbaycanın COVID-19-a da qalib gələcəyi barədə səslənən fikirlər dövlətimizin uğurlu siyasətinə,  ən əsası insan amilinə yüksək dəyər verməsinə  əsaslanır.” 

1news.az

Paylaş:
532

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər