Xüsusi İstintaq şöbəsinin rəisi: “Dağlıq Qarabağda cinayət törədən 305 şəxs barəsində cinayət işi açılıb” | 1news.az | Xəbərlər
Cəmiyyət

Xüsusi İstintaq şöbəsinin rəisi: “Dağlıq Qarabağda cinayət törədən 305 şəxs barəsində cinayət işi açılıb”

11:53 - 26 / 02 / 2020
Xüsusi İstintaq şöbəsinin rəisi: “Dağlıq Qarabağda cinayət törədən 305 şəxs barəsində cinayət işi açılıb”

"Ermənistanın silahlı qüvvələri, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni separatçı rejimin qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayət faktları üzrə beynəlxalq hüquq normalarına uyğun hərtərəfli istintaq aparılaraq sülh və insanlıq əleyhinə, habelə müharibə və digər xüsusi cinayətlər törətmiş 305 şəxs İnterpola axtarışa verilib".

1news.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyində Xocalı soyqırımı ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev deyib.

O bildirib ki, həmin şəxslərin Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırımı), 107 (deportasiya), 113 (işgəncə), 115 (müharibə qanunlarını və adətlərini pozma) və 116-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar normalarını pozma) maddələrində nəzərdə tutulan cinayətləri sübuta yetirilib və təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilmələrinə dair qərarlar qəbul edilib.

E.Tağıyev bildirib ki, həmin 305 şəxs barəsində həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycandakı Milli Bürosuna və Daxili İşlər Nazirliyinə təqdim edilib:

"Onların 39-u Xocalı soyqırımı, 12-si Qaradağlı, 18-si Bağanis-Ayrım, 9-u Meşəli, 47-si Kərkicahan soyqırımlarında təqsirli bilinir. Daha 35 nəfər əsir və girov götürülmüş şəxslərə qarşı işgəncə faktları üzrə, 133 nəfər isə qəsdən adamöldürmə və digər cinayətlərdə ittiham olunur".

Qafar Ağayev

Paylaş:
921

Son xəbərlər

“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24
Bütün xəbərlər