Xüsusi karantin rejimində kimlərə icazə, kimlərə qadağa var? - DİN-dən AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Xüsusi karantin rejimində kimlərə icazə, kimlərə qadağa var? - DİN-dən AÇIQLAMA

16:42 - 24 / 03 / 2020
Xüsusi karantin rejimində kimlərə icazə, kimlərə qadağa var? - DİN-dən AÇIQLAMA

Elan edilmiş xüsusi rejimin tələblərinə görə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin, eləcə də rayon qeydiyyatında olan vətəndaşlarımızın Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş və çıxışları tam məhdudlaşdırılır. Həmçinin Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və bu şəhərlərdə qeydiyyatda olan vətəndaşlarımızın respublikanın digər şəhər və rayonlarına çıxışlarına da məhdudiyyət qoyulur.

1news.az-ın məlumatına görə, bu fikirləri xüsusi karantin rejimi tətbiq olunduqdan sonra Daxili İşlər Nazirliyinə verilən suallara cavabında nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib.

Bu günə qədər respublikanın digər şəhər və rayonlarına getmiş və hazırda da orada olan Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olanların geri qayıda biləcəyi barədə suala cavabında nazirliyin rəsmisi deyib ki, onların Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna qayıtmalarına icazə verilir, lakin onlar xüsusi karantin rejimi müddətində respublikanın digər şəhər və rayonlarına buraxılmayacaqlar.

Əvvəlcədən Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna gəlmiş respublikanın digər şəhər və rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin və vətəndaşların aqibətinin necə olacağına gəlincə, onların qeydiyyatda olduqları şəhər və rayonlara çıxışlarına məhdudiyyət tətbiq edilmir. Lakin, onlar Bakı, Sumqayıt şəhərlərini və Abşeron rayonunu tərk etdikdən sonra xüsusi karantin rejimi müddətində geri qayıda bilməyəcəklər.

"Həyata keçirilən bütün tədbirlər vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. İnanırıq ki, vətəndaşlarımız xüsusi karantin rejimin bütün tələblərinə, o cümlədən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət edəcək, verilən tövsiyə və qərarları anlayışla qarşılayacaqlar", - deyə E.Zahidov bildirib.

1news.az

Paylaş:
3491

Son xəbərlər

Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29
Bütün xəbərlər