Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib | 1news.az | Xəbərlər
Siyasət

Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib

19:49 - 17 / 10 / 2019
Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib

Yüz milyon tirajla yayılan, dünyanın ingilisdilli ən məşhur qəzetlərindən biri olan "China Daily" Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın prezidenti Aslan Aslanovun "Siyasətdə varislik: Azərbaycanın taleyini və simasını dəyişən 26 il" sərlövhəli analitik məqaləsini dərc edib.

Məqalədə ulu öndər Heydər Əliyevin Azərbaycanda xaos və anarxiyanın, dərin siyasi-iqtisadi böhranın, vətəndaş qarşıdurmasının, qeyri-sabitlik və ümidsizliyin müşahidə olunduğu bir vaxtda - 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ötən 26 ildə Azərbaycanın keçdiyi inkişaf yolu təhlil edilir. Qeyd olunur ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev ölkənin çətin vaxtında dövlət idarəetməsinin sükanı arxasına keçərək, müdrikliyi və fitri idarəetmə istedadı sayəsində ölkəni dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas etdi, ictimai-siyasi sabitlik yaratdı. Azərbaycanın tarixində yeni səhifə açan bu 26 illik dövr, həyatın bütün sahələrində misilsiz inkişafla səciyyəvidir.

Azərbaycanda milli siyasi doktrinanın varisliyi barədə geniş təsəvvür yaradan məqalə oxucuları əsası 1993-cü ildə Heydər Əliyev tərəfindən qoyulmuş strateji kursun hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və bunun real nəticələri haqqında məlumatlandırır.

Məqalədə, həmçinin Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 16 ildə həyatın bütün sahələrində baş verən misilsiz irəliləyişlərdən, köklü islahatlardan bəhs olunur. Müəllif Azərbaycanın ictimai-siyasi sabitlik əmsalına, iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə postsovet məkanında lider ölkə olduğunu, eləcə də ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan transmilli energetika və nəqliyyat layihələrinin əhəmiyyətini oxucuların diqqətinə çatdırır. Həmçinin 2016-cı ildə Prezident İlham Əliyevin himayəsi, birinci xanım Mehriban Əliyevanın dəstəyi, Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakının Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına yüksək səviyyədə ev sahibliyi etdiyini xatırladır. (Məqaləyə keçid: https://www.chinadaily.com.cn )

Qeyd edək ki, ümumilikdə, 100 milyondan çox çap və onlayn abunəçisi olan "China Daily" təkcə Çində deyil, regionda, eləcə də dünyada ingilis dilində nəşr edilən ən nüfuzlu qəzetlərdən biridir. Qəzetin xarici ölkələrdəki oxucularının sayı yerli oxuculardan daha çoxdur. Bu da onun qlobal nəşr olduğunun göstəricisidir.

AZƏRTAC ilə "China Daily" arasında əməkdaşlığa dair anlaşma Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanovun Şanxay Əməkdaşlıq Təşkilatının birinci Media Sammitində iştirak etmək üçün ötən ilin iyununda Pekinə səfəri çərçivəsində qəzetin rəhbərliyi ilə görüşündə əldə olunub. O vaxtdan bəri AZƏRTAC və "China Daily" Azərbaycan və Çinin ictimai-siyasi, iqtisadi, mədəni həyatında və digər sahələrdə baş verən mühüm yeniliklər barədə mütəmadi informasiya mübadiləsi aparırlar.

Qəzet ilə sıx əməkdaşlığına, iki ölkə arasında informasiya mübadiləsindəki fəallığına, qəzetin həyata keçirdiyi layihələrdə fəal iştirakına görə AZƏRTAC-a "China Daily" tərəfindən "Fəxri beynəlxalq media tərəfdaşı-2019" mükafatı təqdim olunub.

1news.az

Paylaş:
515

Son xəbərlər

İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:54
Bütün xəbərlər