Növbəti təxribat: “Life News”-un Azərbaycanın ön cəbhədəki regionlarının vəziyyəti haqqında yalanı – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Növbəti təxribat: “Life News”-un Azərbaycanın ön cəbhədəki regionlarının vəziyyəti haqqında yalanı – VİDEO

16:25 - 04 / 04 / 2016
Növbəti təxribat: “Life News”-un Azərbaycanın ön cəbhədəki regionlarının vəziyyəti haqqında yalanı – VİDEO

Rusiyanın “Life News” telekanalı öz reportajında Azərbaycanın ön cəbhədə yerləşən Tərtər rayonu haqqında həqiqətə uyğun olmayan, təxribat məlumatlar yayımlayıb.

Müxbir bəyan edib ki, sakinlər təlaş içindədir və kütləvi surətsdə öz evlərini tərk edirlər.

Tərtərin girişində 15 maşın saxlanan avtodayanacaqda dayanan müxbir bildirir ki, rayondan sakinlərbütün ailə ilə buraya gəlir, öz maşınlarında yatır və evlərinə qayıtmağa qorxurlar. Guya ki, çoxları başqa şəhərlərə gedirlər.

Lakin kadrlardan göründüyü kimi, demək olar ki, maşınların çoxu boşdur.

Sakinlərdən birindən alınan müsahibə düzgün tərcümə olunmayıb. Orjinalda kişinin sözləri Azərbaycan dilində bu cürdür:

“Torpaqlarımız ermənilər tərəfindən işğal edilib. Hazırda biz müharibə şəraitində yaşayırıq. Hər gün atışma olur. Şəhidlərimiz olub. Hazırda biz, onların dəfn  mərasimindən qayıdırıq”.

Telekanal həmin kişinin sözlərini rus dilinə bu cür tərcümə edib: “Burada bir neçə ailə var, bunlar bizim qonşularımızdır. Axşam tərəfi burada daha çox maşın olacaq. Bu müharibə bizə lazım deyil, bütün günü atışma gedir”.

Qeyd edək ki, şənbə günü Dağlıq Qarabağ münaqişəsi zonasında atışmadan dərhal sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, kəndlərin boşaldılması ilə bağlı yayılan informasiyalar yanlışdır:

“Rayonda vəziyyət sabitdir, təlaşa əsas yoxdur. İnsanlar adi qaydada işləyir, sakinlər hamısı yerindədir, vəziyyətə nəzarət olunur”.

Analoji məlumatı Tərtərdə olan fotomüxbir Tofiq Babayev də bildirib.

Xatırladaq ki, aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini güclü artilleriyalardan atəşə məruz qoyub.

Azərbaycan Ordusunun qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.

1news.az

Paylaş:
1175

Son xəbərlər

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıbBu gün, 12:41İntihar edən 18 yaşlı qız hamilə imişBu gün, 12:35Dünyanın ən yaxşı qadın futbolçusunun adı açıqlandıBu gün, 12:22Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:21Şəmkirdə maşınla adam öldürən şəxs hava limanında saxlanıldıBu gün, 12:09Xaricdə yaşayan azərbaycanlıların “YAŞAT” Fonduna bu qədər ianə köçürübBu gün, 11:48İstanbulda təyyarə təcili eniş etdi - 28 nəfər qaçdıBu gün, 11:46Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 3 nəfər saxlanılıbBu gün, 11:34“Avroviziya-2023”də Azərbaycanı təmsil edəcək ifaçı və mahnı seçimi elan edilibBu gün, 11:23“11 ay ərzində ölkəmizdə 1 milyon 458 mindən çox ziyarətçi qeydə alınıb”Bu gün, 11:16İlham Əliyevin Albaniyanın Baş naziri Edi Rama ilə təkbətək görüşü olub - FOTOBu gün, 11:14AQTA-dan xəbərdarlıq: 400-dən çox saxta alkoqollu içki aşkarlanıbBu gün, 11:12Kapital Bank Sabirabadda keçirilən sosial layihəyə qoşulub - FOTOBu gün, 11:00Azərbaycan neftinin qiyməti 80 dollara düşübBu gün, 10:55Tariximizin Zəfər paradıBu gün, 10:50Qarşılayın! Yepyeni “Toyota Corolla Cross” - FOTO - VİDEOBu gün, 10:46Elm və Təhsil Nazirliyi 46 mln. manatlıq kompüter və avadanlıq alıbBu gün, 10:39Bakı və Abşeronda “Kənddən Şəhərə” həftəsonu yarmarkaları keçiriləcək - FOTOBu gün, 10:35Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir - FOTOBu gün, 10:07Koreya səfiri Qubaya səfər edib - FOTOBu gün, 10:02
Bütün xəbərlər

Next TV