Fransa tarixinin ən isti yayını yaşadı | 1news.az | Xəbərlər
Dünya

Fransa tarixinin ən isti yayını yaşadı

Oksana Orucova13:11 - Bu gün
Fransa tarixinin ən isti yayını yaşadı

Fransa 1900-cü ildən bəri ən isti yayını keçirib.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, Fransanın Ekologiya naziri Monik Barbut Saint-Mande şəhərində yay aylarında ölkədə müşahidə olunan güclü istilər və meşə yanğınları ilə bağlı açıqlama verib.

Nazir bildirib ki, 1900-cü ildən, yəni meteoroloji qeydlərin aparılmağa başladığı vaxtdan bəri Fransada ən isti yay bu il yaşanıb. O, 2026-cı ilin yayının tarixə düşəcəyini qeyd edib.

Barbutun sözlərinə görə, yüksək temperatur səbəbindən bəzi məktəblərdə dərslər dayandırılıb, meşə yanğınları nəticəsində isə evlər dağılıb və çox sayda insan həyatını itirib.

Nazir Fransanın iqlim dəyişikliklərinə uyğunlaşması üçün həyatın bütün sahələrində və iqtisadiyyatda yeni tədbirlərə ehtiyac olduğunu vurğulayıb.

“Gələn yaya qədər bütün məktəbləri yeniləyə bilməyəcəyik. Lakin onlarda panjur və ventilyatorlar quraşdıracağıq”, – deyə Barbut bildirib.

Paylaş:
40

Son xəbərlər

Bütün xəbərlər