Vladimir Jirinovski: Tüpürüm Ermənistana. Əgər bazanı götürsək, türklər və azərbaycanlılar onları məhv edər | 1news.az | Xəbərlər
Dünya

Vladimir Jirinovski: Tüpürüm Ermənistana. Əgər bazanı götürsək, türklər və azərbaycanlılar onları məhv edər

12:32 - 02 / 08 / 2016
Vladimir Jirinovski: Tüpürüm Ermənistana. Əgər bazanı götürsək, türklər və azərbaycanlılar onları məhv edər

Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski əmindir ki, yoxsul və dağların arasında sıxılmış, cəmi 1 milyon əhalisi qalan Ermənstan Rusiya bazası olmadan mövcud ola bilməz.

“Tüpürüm Ermənistana”, - bu haqda o, life.ru telekanalına müsahibə verərkən Ermənistanda baş verənlər son hadisələri şərh edərkən bildirib.

İrəvanda silahlı dəstənin üzvləri hökumətə təslim olub – VİDEO

“İnsanlar üçün Ermənistan nədir? Orada müntəzəm olaraq iğtişaşlar olacaq. Kiçik ölkə, dağlar arasında sıxılmış, Azərbaycan və Türkiyə arasında yerləşən, heç bir perspektivi və iqtisadiyyatı  yoxdur. Artıq orada sadəcə bir milyon erməni qalıb. Dünyada isə cəmisi – altı milyondurlar.

Hamısı qaçıb. Livan, İran, Rusiya, Fransa, ABŞ-a – bütün dünyada gəzirlər. Orada yaşayış yoxdur. Təbii olaraq orada müxtəlif qruplar bir-birinə badalaq vuracaq”, - o, dedi.

“Bizə əhəmiyyət verməsələr – bazanı götürəcəyik. Ayaqlarımıza düşəcəklər ki, bazanı qaytaraq. Bu baza – onların xilasıdır, əks halda türklər və azərbaycanlılar onları məhv edər. Ona görə də Ermənistan üçün narahat olmaq lazım deyil. Onlar bizdən heç vaxt imtina etməz. Əgər imtina edərsə bu, onların sonu olar”.

Jirinovskinin sözlərinə görə, Rusiya bazanı geri götürsə, Azərbaycan dərhal Dağlıq Qarabağı azad edər, türklər isə bu işdə onlara kömək edər:

“Hələ 300 il öncə Ermənistanı İkinci Yekaterina xilas edib”. 

RLDP-nin lideri qeyd edib ki, 5-10 il sonra cənubda yeni dövlət yaranacaq - Rusiya, Türkiyə, İran, Suriya və İraq.

“Bu dövlət Rusiya, Ukrayna və Belorusiyadan yaxşı olacaq. Bu da sizin slavyan, provaslav qardaşlarınız. Daha çox satqınlar slavyan və provaslavlar arasındadır. Hamısı satqındır. Bunlar isə sədaqətli olacaq. Çünki onlara təhlükəsizlik bəxş edəcəyik. Bu, möhtəşəm birlik olacaq”, - deyə o, sözlərinə əlavə etdi.

Mövzu ilə əlaqədar oxuyun:       

Jirinovski: Gələcəkdə Türkiyə Rusiyaya Ermənistandan daha yaxın olacaq

1news.az

Paylaş:
1385

Sizin üçün xəbərlər

Son xəbərlər

Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00
Bütün xəbərlər