Mərkəzi Bank FES-in qəbul etdiyi qərarın manatın məzənnəsinə təsiri barədə sualı cavablandırdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bank FES-in qəbul etdiyi qərarın manatın məzənnəsinə təsiri barədə sualı cavablandırdı

13:17 - 17 / 12 / 2015
Mərkəzi Bank FES-in qəbul etdiyi qərarın manatın məzənnəsinə təsiri barədə sualı cavablandırdı

Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ-ın Federal Ehtiyat Sistemi tərəfindən (FES) uçot dərəcəsinin artırılması ilə bağlı qəbul etdiyi qərara münasibət bildirib.

AMB-dən APA-Economics-ə verilən məlumata görə, FES-in qəbul etdiyi qərar gözlənilən idi:

"Şübhəsiz ki, FES-in qərarı bütün dünyaya, o cümlədən Azərbaycana, bizim milli valyutamıza öz təsirini göstərəcək. Təsirlər barədə detallı danışmaq hələ çox tezdir, bununla bağlı biz müvafiq təhlillərimizi aparırıq. Bilirsiniz ki, manatın məzənnəsi bivalyuta səbətinə uyğun şəkildə tənzimlənir. Buna görə, dollar və avro münasibətlərini ciddi şəkildə təhlil edirik".

Son zamanlar ictimaiyyət arasında manatın növbəti dəfə devalvasiyaya uğraması, habelə üzən məzənnəyə keçidlə bağlı müxtəlif fikirlər səslənir. FES-in qərarı isə bu söz-söhbətlərin daha da böyüməsinə səbəb ol bilər. Buna münasibət bildirən Mərkəzi Bank rəsmisi deyib: "Hələlik bununla bağlı nə isə demək çox çətindir, proses hazırkı axarı ilə davam edəcək. Bununla bağlı daxili müzakirələr aparılır. Hadisələr çox sürətlə dəyişir və onlardan asılı olaraq, hökumətlə razılaşdırılmış, planlaşdırılmış şəkildə Mərkəzi Bank öz məzənnə siyasətini həyata keçirəcək".

AMB rəsmisi ona da əlavə edib ki, hələlik bivalyuta səbətində dollar və avronun payında dəyişiklik gözlənilmir.

Xatırladaq ki, dünən ABŞ Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsinin artırılması haqqında qərar qəbul edib.

“Reuters”-in məlumatına görə, ABŞ FES-in açıq bazarlar komitəsi növbəti iclasın yekunları üzrə baza faiz dərəcəsini rekord dərəcədə aşağı olan illik 0 – 0,25%-dən 0,5%-dək qaldırıb.

Beləliklə, hazırda “faiz dərəcələri dəhlizi” 0,25-0,5% təşkil edir.
 
Qeyd edək ki, sonuncu dəfə faiz dərəcəsi 2006-cı ildə qaldırılmışdı.

1news.az

Paylaş:
1414

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər