ru

Futbol

21 Fevral saat 10:39

Avropa Liqasında gecənin nəticələri: 16 OYUN, 44 QOL - VİDEO

Avropa Liqasında gecənin nəticələri: 16 OYUN, 44 QOL - VİDEO

UEFA Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunlarına start verilib.

1news.az komanda.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi "Vulverhempton" klubu doğma azarkeşləri qarşısında "Espanyol"u qəbul edib və darmadağına sevinib. Avropa Liqası üçün sifariş olunan Renatın bu oyunda iştirak edəcəyi gözlənilsə də, o, "18-lik"də yer almayıb.

Türkiyənin "Başakşəhər" klubu bu mərhələdə Portuqaliya "Sportinq"iylə qarşılaşıb və məğlub olub. İngiltərənin "Mançester Yunayted" klubu "Brügge" ilə heç-heçəyə razılaşıbsa, Londonun "Arsenal"ı "Olimpiakos"un qonağı olub və minimal hesablı qələbəyə sevinib.

Avropa Liqası, 1/16 finalın ilk oyunları

20 fevral

ÇFR (Rumıniya) - Sevilya (İspaniya) 1:1
Qol
: Deaç, 59-pen - En Nesiri, 82.

Brügge (Belçika) - Mançester Yunayted (İngiltərə) 1:1
Qol
: Dennis, 15 - Marsyal, 36.

Ayntraxt (Frankfurt, Almaniya) - Zalsburq (Avstriya) 4:1
Qol
: Kamada, 12; 43; 53. Kostiç, 56 - Huanq, 85-pen.

Kopenhagen (Danimarka) - Seltik (Şotlandiya) 1:1
Qol
: Ndoye, 52 - Eduard, 14.

Xetafe (İspaniya) - Ayaks (Niderland) 2:0
Qol
: Deyverson, 38. Kenedi, 90+3.

Ludoqorets (Bolqarıstan) - İnter (Milan) 0:2
Qol
: Eriksen, 71. Lukaku, 90+4-pen.

Şaxtyor (Donetsk, Ukrayna) - Benfika (Portuqaliya) 2:1
Qol
: Patrik, 56. Kovalenko, 72 - Pitsi, 67-pen.

Sportinq (Portuqaliya) - Başakşəhər (Türkiyə) 3:1
Qol
: Koates, 3. Sporar, 44. Vietto, 51 - Vişça, 77-pen.

APOEL (Kipr) - Bazel (İsveçrə) 0:3
Qol
: Petretta, 16. Stokker, 53. Artur, 66.

Roma (İtaliya) - Gent (Belçika) 1:0
Qol
: K.Peres, 13.

Alkmaar (Niderland) - LASK (Avstriya) 1:1
Qol
: Kopmeyners, 86-pen - Raquz, 26.

Bayer (Almaniya) - Portu (Portuqaliya) 2:1
Qol
: Alario, 29. Haverts, 57-pen - L.Dias, 73.

Olimpiakos (Yunanıstan) - Arsenal (İngiltərə) 0:1
Qol
: Lakazette, 81.

Reyncers (Şotlandiya) - Braqa (Portuqaliya) 3:2
Qol
: Haci, 67; 82. Aribo, 75 - Fransercio, 11. Ruis, 59.

Volfsburq (Almaniya) - Malmö (İsveç) 2:1
Qol
: Brekalo, 49. Mehmedi, 62 - Telin, 47-pen.

Vulverhempton (İngiltərə) - Espanyol (İspaniya) 4:0
Qol
: Jota, 15; 67; 81. Neves, 52.

1news.az

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur