Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır

First News Media17:56 - Bu gün
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır

Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə metronun “20 Yanvar” stansiyasının yaxınlığında, Sumqayıt istiqamətində hərəkət edən ekspres marşrutların başlanğıc məntəqəsində dayanacaq pavilyonu quraşdırılıb.

1news.az xəbər verir ki, Pavilyonların quraşdırılması Moskva prospektində, “20 Yanvar” dairəsindən “Şamaxinka” adlanan əraziyə gedən yolda cib tipli dayanacaq məntəqəsində də həyata keçirilir. Ərazidə səki infrastrukturu təşkil edilməklə 4 pavilyon quraşdırılır.

Eyni zamanda, “Şamaxinka” adlanan ərazidə “20 Yanvar” metrostansiyası istiqamətində sərnişin axınının artımı nəzərə alınaraq mövcud 2 dayanacaq pavilyonunun yanında daha 1 pavilyonun quraşdırılmasına başlanılıb.

Bununla da vətəndaşların rahatlığı üçün Moskva prospektində 6 yeni müasir dayanacaq təşkil edilir.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər