Ceyhun Bayramov Albaniyanın xarici işlər naziri ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda Albaniyanın Avropa və xarici işlər naziri Ferit Hoxa ilə görüşüb.
1news.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.
Görüşdə Azərbaycan–Albaniya ikitərəfli gündəliyi müzakirə olunub. Davamlı siyasi dialoqun, yüksək səviyyəli təmasların və BMT də daxil olmaqla beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb.
Ceyhun Bayramov Azərbaycanın əsas enerji və nəqliyyat bağlantısı layihələri vasitəsilə Avropanın enerji təhlükəsizliyinə verdiyi mühüm töhfələrdən bəhs edib.
Nazir, həmçinin qarşı tərəfi münaqişədən sonrakı regional reallıqlar, regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də Ermənistanla davam edən sülh səyləri barədə məlumatlandırıb.














