DİN-dən “Formula-1” yarışı ilə bağlı sürücülərə və piyadalara müraciət
Bakıda keçirilən “Formula-1 Qatar Airways Azərbaycan Qran Pri” yarışı ilə əlaqədar paytaxtda polis əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparırlar.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) müraciətində bildirilib.
Qeyd olunub ki, 2026-cı il sentyabrın 23-dən 26-dək keçirilən yarışla əlaqədar məhdudiyyətlərin tətbiq olunduğu müddətdə sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmaları, nəqliyyatın hərəkətinin fasiləsizliyi, eləcə də yarışın keçirildiyi ərazidə və “Fan” zonalarda təhlükəsizliyin təmin edilməsi məqsədilə polis əməkdaşları xidmətlərini gücləndirilmiş rejimdə davam etdirirlər.
DİN sürücülərdən və paytaxt sakinlərindən qeyd olunan müddət ərzində ictimai nəqliyyata üstünlük vermələrini, polis əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələrini xahiş edib.
Həmçinin vətəndaşlara səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmaları tövsiyə olunub.



















