Azərbaycan Beynəlxalq Bankından Bakı Caz Festivalına dəstək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankından Bakı Caz Festivalına dəstək

12:30 - 18 / 10 / 2019
Azərbaycan Beynəlxalq Bankından Bakı Caz Festivalına dəstək

Bu gün Bakıda ənənəvi Beynəlxalq Caz Festivalı - “Baku Jazz-2019” başlanır.

Müxtəlif sahələrdə korporativ sosial məsuliyyət layihələrini uğurla həyata keçirən Azərbaycan Beynəlxalq Bankı “Baku Jazz-2019”-un da sponsorlarındandır. Festivalın açılış mərasimi bu gün saat 17.00-da Qız qalasının ətrafında keçiləcək.

Oktyabrın 27-dək davam edəcək bu mədəniyyət tədbirinin proqramı xeyli zəngindir. Festivalın konsert proqramları Rotunda Caz Klubunda, Beynəlxalq Muğam Mərkəzində, Akademik Musiqili Teatrında təşkil olunacaq. Festival çərçivəsində cazla bağlı maraqlı filmlərin nümayişi, seminarlar, sərgilər olacaq. Festivala oktyabrın 27-də Rotunda Caz Klubunda yekun vurulacaq.

Bakı Beynəlxalq Caz Festivalı 2005-ci ildən keçirilir. Festivalda həm xarici, həm də yerli caz ulduzları iştirak edir. Bakı Beynəlxalq Caz Festivalı 2017-ci ildən “European Jazz Network” təşkilatının üzvüdür.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

 

 

 

 

Paylaş:
805

Son xəbərlər

2024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42
Bütün xəbərlər