ru

Neft və qaz

13 Mart saat 09:42

Azərbaycanda benzin ucuzlaşıb - FOTO

Azərbaycanda benzin ucuzlaşıb - FOTO

Martın 13-də gecə saatlarında "Aİ-95" və "Aİ-98" marka benzinin qiyməti ucuzlaşıb. 

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, "Aİ-95" marka yanacağın qiyməti 1 manat 20 qəpik, "Aİ-98" markalı yancağın qiyməti isə ucuzlaşaraq 1 manat 40  qəpik olub.

Qeyd edək ki, "Aİ-92" və Dizel yanacağının qiymətlərində dəyişiklik olmayıb. 

Xatırladaq ki, son qiymət dəyişikliyinədək "Aİ-95" markalı yanacağın qiyməti 1 manat 50 qəpik, "Aİ-98" markalı yanacağın qiyməti isə 1 manat 60 qəpik olub. 

1news.az

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur