Azərbaycanın Milli QHT Forumu erməni təxribatı ilə bağlı bəyanat yayıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın Milli QHT Forumu erməni təxribatı ilə bağlı bəyanat yayıb

19:12 - 16 / 07 / 2020
Azərbaycanın Milli QHT Forumu erməni təxribatı ilə bağlı bəyanat yayıb

Azərbaycanın Milli QHT Forumu bəyanat yayıb.

1news.az-a daxil olan bəyanatda deyilir:

"İyulun 12-dən etibarən Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində Ermənistanın hərbi təxribatı nəticəsində başlayan şiddətli döyüşlər davam etməkdədir. 14 iyun tarixdə minlərlə insan Azərbaycan Ordusuna, Ali Baş Komandana və dövlətə dəstək məqsədilə, paytaxtın müxtəlif ərazilərində Dağlıq Qarabağın və işğal altında olan digər torpaqlarımızın azad olunması ilə bağlı şüarlar səsləndirərək izdihamlı yürüş ediblər. Bu yürüş, dövlətçiliyimiz ətrafında milli birliyin göstəricisi, həmrəyliyin yüksək formada nümayişi, işğalçı düşmənə qarşı ciddi mesaj idi.

Bütün yuxarıda qeyd olunanlarla yanaşı, bir qrup şəxs yürüşündən sui-istifadə edərək, təzyiqlə Parlamentin binasına daxil olmuş və təxribat törətmışlər. Sözsüz ki, bu təxribat, Azərbaycanın uğurlarını həzm edə bilməyən dairələrin, istənilən vəziyyətdən öz çirkin niyyətləri üçün yararlanmağa çalışan qrupların növbəti antimilli fəaliyyətinin nəticəsi idi. Onu da qeyd edək ki, dəstək aksiyasını iştişaşa çevirmək istəyən, Milli Məclisin binasına girərək vandallıq törədən, polislərə qarşı zor işlədən, təhrikçi çağırışlar səsləndirən həmin şəxslər cinayət məsuliyyəti daşıyıcılarıdır.

Sıralarında 730 QHT-ni birləşdirən Azərbaycan Milli QHT Forumu olaraq, təxribatçılara qarşı qəti etirazımızı bildirir, belə çətin və məsuliyyətli anda millətə və dövlətə qarşı xəyanət yolu tutanları şiddətlə qınayırıq. Həmin gün orduya dəstək yürüşü fonunda təxribatçılardan biri Rəşad Məmmədov təxribat xarakterli video yayaraq, dezinformativ məlumatlarla insanlar arasında panika yaratmağa çəhd göstərmişdir. Biz ölkəmizin hüquq-mühafizə orqanlarına müraciət edərək, Rəşad Məmmədova və digər təxribatçılara qarşı, qısa zamanda inzibati hüquq qaydalarına uyğun olaraq müvafiq tədbirlərin görülməsini xahiş edirik".

1news.az

Paylaş:
473

Son xəbərlər

Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20
Bütün xəbərlər