Azərbaycanın və Əfqanıstanın Xarici İşlər nazirləri arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın və Əfqanıstanın Xarici İşlər nazirləri arasında telefon danışığı olub

19:56 - 31 / 05 / 2020
Azərbaycanın və Əfqanıstanın Xarici İşlər nazirləri arasında telefon danışığı olub

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun əfqanıstanlı həmkarı Mohəmməd Hanif Atmar ilə telefon söhbəti olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən 1news.az-a verilən məlumata görə, M.H.Atmar Əfqanıstanın dövlət başçısı səviyyəsində ikitərəfli əlaqələrə yüksək qiymət verdiyini bildirib. O, Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin təmin edilməsində beynəlxalq səyləri dəstəkləməsini, eləcə də azərbaycanlı sülhməramlıların “Qətiyyətli dəstək” missiyası çərçivəsində iştirakını məmnunluqla qeyd edib və Azərbaycan tərəfinə verdiyi töhfələrə görə təşəkkürünü ifadə edib. Əfqanıstanlı nazir, habelə Azərbaycanın Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi münasibətilə həmkarını təbrik edib.

Nazir M.H.Atmar ölkəsinin Azərbaycanla ikitərəfli münasibətlərin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb və bu xüsusda, iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə həm ikitərəfli, həm də üçtərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın vacibliyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov, öz növbəsində, Azərbaycan tərəfinin Əfqanıstan ilə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında cari il mayın 4-də Azərbaycanın sədrliyi ilə videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünə toxunan nazir bu xüsusda BMT Baş Assambleyasının da xüsusi sessiyasının keçirilməsi təklifinin irəli sürüldüyünü qarşı tərəfin diqqətinə çatdırıb. Müəyyən edilmiş prioritetlərə uyğun olaraq və mövcud aktual məsələlər nəzərə alınmaqla, Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin gücləndirilməsi və Hərəkatın özünün nüfuzunun artırılması istiqamətində sədrlik fəaliyyətimizin davam etdirildiyi bildirilib.

Tərəflər, həmçinin iki ölkə arasında mövcud siyasi, iqtisadi, ticarət və nəqliyyat sahələrindəki əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Lapis-Lazuli nəqliyyat dəhlizinin strateji əhəmiyyəti qeyd edilib və bu çərçivədə əməkdaşlığın möhkəmləndirilməsi üçün müvafiq işçi qrupları səviyyəsində müzakirələrin aparılmasının əhəmiyyəti vurğulanıb. Eyni zamanda, Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsinin Lapis-Lazuli layihəsinə dəstəyin yeni bir komponenti ola biləcəyi qeyd edilib.

Söhbət zamanı, həmçinin iqtisadi və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilərək, qarşılıqlı ticarət əlaqələrinin davamlılığının təmin edilməsi üçün geniş imkanların olduğu bildirilib.

Nazirlər, eyni zamanda, iki ölkə arasında müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar. Tərəflər qlobal pandemiya yekunlaşdıqdan sonra ölkələrə səfərlərin edilməsi məqsədilə qarşılıqlı dəvətlərini ifadə ediblər.

S.Xankişiyeva

 

Paylaş:
615

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər