Deputat: İşğalçı dövlət sülh yolunu anlamasa Azərbaycan sözdən əmələ keçəcək | 1news.az | Xəbərlər
Siyasət

Deputat: İşğalçı dövlət sülh yolunu anlamasa Azərbaycan sözdən əmələ keçəcək

22:05 - 30 / 05 / 2020
Deputat: İşğalçı dövlət sülh yolunu anlamasa Azərbaycan sözdən əmələ keçəcək

“Bizim əzəli torpaqlarımızın işğaldan azad edilməsində Prezidentimizin mövqeyi sarsılmazdır”.

1news.az xəbər verir ki, bu sözləri 50 saylı Abşeron-Qobustan seçki dairəsinin deputatı Şahin Seyidzadə 28 may tarixində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi “Ancaq onu da bilməliyik və bütün Azərbaycan xalqı bilməlidir ki, bu, sizin üçün müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğaldan azad ediləndən sonra biz bu gün hələ də işğal altında olan torpaqlarda buna oxşar gözəl binalar, şəhərciklər tikəcəyik, ermənilər tərəfindən dağılmış şəhərlərimizi yenidən quracağıq” mövzusuna fikirlərini bildirib.Deputat deyib:

“Cənab Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi cümlələr, xalqımıza əminlik verməlidir ki, peşəkar rəhbərlik bacarıqlarını özündə cəmləşdirən ölkə başçımızın qətiyyətli addımları ilə torpaqlarımız işğaldan azad olunacaq. Artıq bunun nəticəsində məcburi köçkün vətəndaşlarımız tarixi torpaqlarımıza, mədəniyyət beşiklərimizə geri dönəcək. Hal-hazırda ölkəmizin hər bölgəsində aparılan müasirləşmə və infrastruktur yenilikləri, işğaldan azad olunan torpaqlarımızda da gerçkləşdiriləcəkdir.

Ölkəmizin hərbi potensialı və vətənpərvər xalqımız gücümüzü düşmənə sübut edib. Ən son baş tutan Aprel Döyüşlərinin nəticələri, cəbhə xəttində olan peşəkar hərbiçilərimiz və hərbi texnikamız, daima yenilənən müdafiə sənayemiz və ən əsası vətənpərvər oğul və qızlarımız mənfur qonşumuz olan Ermənistana birmənalı olaraq göstəririk ki, biz Ali Baş Komandanın göstərişi ilə ərazi bütövlüyümüzü bərpa etməyə qadir ölkəyik.

Ümumiyyətlə onu deyə bilərəm ki, bu gün Prezident tərəfindən aparılan islahatlar Azərbaycanın daha da güclənməyə doğru inkişafını göstərir. Gələcəyimiz üçün yetişən gənc nəslin savadlı olması, dövlətin iqtisadi və hərbi cəhətdən güclülüyü, aparılan kadr və yenidənqurma islahatlarının müsbət nəticələri Azərbaycanın hər gün daha da gücləndiyi göstəririr. Ölkənin bütün sahələrində yüksək hədəfli inkişaf özünü hərbi sferada, ordumuzda da göstərir. Bacarıqlı hərbçi kadrların formalaşdırılması, vətənpərvər ruhda əsgərlərimizin olması, hərbi texnika bazamızın günü-gündən təkmilləşdirilməsi buna aiddir və ölkəmizin gücünü ortaya qoyur.

Cənab Prezidentin çıxışlarında Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər işğalçılara açıq ismarıcdır və münaqişənin sülh və diplomatiya yolu ilə həlli üçün hal-hazırda da işlər aparılır. Əgər işğalçı düşmən sülh yolunu anlamasa və nəzərə almasa Azərbaycan dövləti sözdən əmələ keçəcək”.

1news.az

 

Paylaş:
1315

Son xəbərlər

Bakıda taxta bazarı yanırBu gün, 16:57Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40
Bütün xəbərlər