Deputat: “Görülən işlərin son məqsədi Ermənistan tərəfindən işğal altında olan torpaqlarımızın azad edilməsidir” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Görülən işlərin son məqsədi Ermənistan tərəfindən işğal altında olan torpaqlarımızın azad edilməsidir”

16:43 - 07 / 07 / 2020
Deputat: “Görülən işlərin son məqsədi Ermənistan tərəfindən işğal altında olan torpaqlarımızın azad edilməsidir”

“Cənab Prezident vaxtaşırı sadə vətəndaşlarla və yaxud hansısa bir kollektiv qarşısında çıxışında dövlətin apardığı siyasət, əldə olunan nəticələr, qarşıda duran işlərlə bağlı geniş çıxışlar edir”.

Bu barədə 1news.az-a Milli Məclisin deputatı Aydın Mirzəzadə Prezident İlham Əliyev iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalı ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlərlə bağlı danışarkən deyib:

“Mən deyərdim ki, bu, liderin vətəndaşlar qarşısında məqbul hesabatıdır və çox maraqla qarşılanır. Yalnız Azərbaycanda deyil, Azərbaycandan kənarda da cənab Prezidentin çıxışları daima izlənir. Cənab Prezident hər zaman olduğu kimi ötən gün də bir sıra vacib məsələlərə toxunub. Önəmli məsələlərdən biri koronavirusla mübarizə məsələsidir. Koronavirus epidemiyası bütün dünyanı bürüyüb. Hər bir dövlət öz resurslarına və görüntüsünə görə bu xəstəliklə mübarizə aparır. Azərbaycan bu məsələdə artıq xeyli təcrübə toplayıb, aparılan siyasət Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən məqbul qarşılanır.

Vaxtilə Azərbaycanda cənab Prezidentin apardığı siyasət nəticəsində köhnə xəstəxanalar təmir edilməsəydi, yeni diaqnostik mərkəzlər inşa edilməsəydi, özəl klinikaların yaradılmasına şərait yaradılmasaydı bu gün Azərbaycan üçün çox çətin olardı. Əgər Azərbaycan vaxtilə hər bir manatının qorunması üçün dinc siyasət aparmasaydı yeni laboratoriyaların açılması, xəstələrin müalicə olunması üçün çətin vəziyyət yaranardı. Ancaq bütün bunların hamısı yoxdur, müalicə dövlətin hesabına gedir, vaxtilə 2 laboratoriya var idi, hazırda isə laboratoriyaların sayı 29-a çatır, daha 15 laboratoriyanın da açılması gözlənilir.Bu onu deməyə əsas verir ki, daha çox insan koronavirus testindən keçəcək.

Hər bir xəstə dövlətin diqqətindədir, artıq xəstə sayında müəyyən bir stabilliyə nail olunub. Hesab edirəm ki, test sayının çox olması onun daşıyıcısı olan və yaxud yeni xəstəliyə yoluxan insanların aşkar olunmasına şərait yaradıb. Hər halda ümid edirəm ki, karantin rejiminin tətbiqi, məhdudlaşdırıcı adımların atılması gündəlik yoluxmanın sayını xeyli azaltmağa və tədricən karantin rejimini ləğv etməyə imkan verəcək. Burada dövlətlə yanaşı vətəndaşın da üzərinə böyük məsuliyyət düşür. Mən özüm də evin tələbatı ilə bağlı gündəlik marketlərdə oluram, görürəm ki, insanlarımızın mütləq əksəriyyəti artıq maska taxır. Bu onu deməyə əsas verir ki, biz bu xəstəliyə mütləq qalib gələcəyik”.

Dövlət başçısının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərinə münasibət bildirən deputat qeyd edib ki, Prezident İlham Əliyev Dağlıq Qarabağla mövqeyini hər zaman bildirir.

“Bu Azərbaycan cəmiyyətinin bir nömrəli ümummilli məsələsidir. Görülən bütün işlərin məqsədir Ermənistan tərəfindən işğal altında olan torpaqlarımızın azad edilməsidir. İqtisadiyyatın güclənməsi,müstəqil daxili, xarici siyasətin yeridilməsi, müasir silahlarla silahlanan güclü ordunun olması və s. bütün bunlar hamısı ona xidmət edir. Bütün beynəlxalq tribunalarda Azərbaycan Ermənistandan torpaqlarının işğalının dayandırılmasını tələb edir. 4 il bundan əvvəl aprel döyüşləri göstərdi ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etməyə qadirdir. Heç təsadüfi deyik ki, cənab Prezident dünən  Ermənistana və Ermənistanı müdafiə edən xaricdəki bəzi dairələrə 2016-cı ildə keçirilən aprel döyüşlərini xatırlatdı. Birmənalı şəkildə bütün dünya bilməlidir ki, Azərbaycan mütləq işğalda olan torpaqlarını geri qaytaracaq. Bunun üçün əzmimiz var, gücümüz var düzgün aparılan siyasətimiz var və hakimiyyətin bu məsələdə mövqeyini müdafiə edən ictimai rəy var”.

Qafar Ağayev

Paylaş:
943

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər