Ərdoğan: Qarabağ münaqişəsi üçün konkret qərar vermək vaxtı çatıb | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan: Qarabağ münaqişəsi üçün konkret qərar vermək vaxtı çatıb

15:40 - 28 / 10 / 2020
Ərdoğan: Qarabağ münaqişəsi üçün konkret qərar vermək vaxtı çatıb

“ATƏT Minsk qrupu Dağlıq Qarabağ problemini həll etmək iqtidarında deyil”.

1news.az xəbər verir ki, bunu  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının(AKP) iclasında çıxışında deyib.

“Minsk qrupunun həmsədrləri - Rusiya, ABŞ və Fransa münaqişəni həll etmək iqtidarında deyil, ya da bunu etmək istəmir. 30 il ərzində onlar sadəcə yığışıblar, görüşüblər və dağılışıblar. Qarabağ münaqişəsi üçün konkret qərar vermək vaxtı çatıb, bu münaqişə birmənalı şəkildə başa çatmalıdır".

R.T.Ərdoğan bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə danışığı zamanı bu məsələni birlikdə həll etməyin mümkünlüyünü səsləndirib.

Türkiyə prezidenti həmçinin Türkiyənin guya Azərbaycana Yaxın Şərqdən muzdlu silahlılar göndərməsi fikrinə də münasibət bildirib:

"Bu söhbətlər yalandan başqa bir şey deyil. Tam əksinə, PKK terror təşkilatının silahlıları Dağlıq Qarabağda Ermənistan tərəfindən döyüşür. Bununla bağlı faktlar var, PKK-lı terroristlər Azərbaycana qarşı döyüşmələri qarşılığından Ermənistan hökuməti tərəfindən 600 dollar maaş alır”.

O, əlavə edib ki, bu faktları Nikol Paşinyanın qarşısına qoymaq lazımdır:

"O bilməlidir ki, Qarabağ Türkiyə üçün qırmızı xətdir və bu məsələdə heç kimə güzəşt etməyəcəyik. Mən Putinlə söhbətim zamanı da Qarabağın Türkiyə üçün qırmızı xətt olduğunu demişəm. Paşinyan onu da bilməlidir ki, Türkiyə regionda PKK silahlılarının döyüşməsinə göz yuma bilməz".

Qafar Ağayev

Paylaş:
570

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər