LSS MFL 2019/20 Liqasının XIII turu: “Tiyagani”dən darmadağın, “Beerbaşa” zirvəni ələ keçirdi – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

LSS MFL 2019/20 Liqasının XIII turu: “Tiyagani”dən darmadağın, “Beerbaşa” zirvəni ələ keçirdi – FOTO – VİDEO

16:30 - 06 / 12 / 2019
LSS MFL 2019/20 Liqasının XIII turu: “Tiyagani”dən darmadağın, “Beerbaşa” zirvəni ələ keçirdi – FOTO – VİDEO

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan LSS MFL 2019/20-də 13-cü turun oyunları keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, həm İnfinity, həm də Platinum konferensiyalarında çıxış edən komandalar arasında “MFL Arena”nın meydanlarında keçirilən görüşlər hər zamankı kimi gərgin mübarizə şəraitində keçib.

Qeyd edək ki, 13-cü turda İnfinity konferensiyasının ən qollu və maraqlı qarşılaşmalarından biri “Army United”lə “Kontakt Home” komandaları arasında keçirilən görüşdə qeydə alınıb – 11 qol. Olduqca gərgin keçən cütlüyün qarşılaşmasında sevinən tərəf rəqibinə 6:5 hesabı ilə qalib gələn “Kontakt Home” oldu. “Gənclik” – “Galaxy” görüşündə isə güclünü müəyyən etmək mümkün olmadı – 2:2.

13-cü turda Platinum konferensiyasında da azarkeşlər bir-birindən maraqlı oyunların şahidi oldular. Liderlərin qalib gəldiyi turda iki qarşılaşma sülhlə sona çatdı. Bu tur həm də Platinum konferensiyasında liderin dəyişməsi ilə əlamətdar oldu.

Turun mərkəzi qarşılaşması çempionluq uğrunda mübarizə aparan “AgroSport”la “Muğanbank” arasında baş tutdu. Turnir cədvəlinin orta sıralarında qərarlaşmasına baxmayaraq “AgroSport” “bankirlərə” əməlli-başlı həyəcan yaşatdı. Oyunun gedişatında 2:0 hesabı ilə irəlidə olmasına baxmayaraq, bu üstünlüyünü qoruyub saxlaya bilmədi və nəticədə meydandan məğlub ayrıldı.

Bundan əvvəl ardıcıl qələbələrlə “Keşlə İMSİ” sadəcə play-off-a düşən 8-liyə daxil olmağı bacarmışdısa, dünən məhz “Maisan” üzərində əzmkar qələbə qazanmaqla bu nəticəni daha da yaxşılaşdıraraq ilk 4-lükdə yer almağı bacardı.

13-cü turun ən yaddaqalan məqamlarını və qısa icmalını təqdim edirik:

 

Darul Hikmət Elm və Tədris mərkəzini təmsil edən komandanın azarkeşləri bu tur da komandasını yalnız buraxmayaraq MFL-də gözəl görüntülər yaratdılar. Bu mövsüm əminliklə demək olar ki, ən güclü azarkeş qrupu məhz “Darul Hikmət” komandasındadır.

“Futbolsuz bir gün” rubrikamızın ilk qonağı “Squadra” komandasının vuran ayağı Əsgər Alışanov oldu. Komandasının uğurlarında böyük pay sahibi olan Əsgərlə birlikdə onun işlədiyi müəssisədə bir gün keçirərək onun gündəlik həyat tərzi, işləri, oradakı ab-havanı MFL izləyicilərinə çatdırmaq istədik.


Bundan əlavə, Əsgər MFL-dəki təcrübəsindən, ötən mövsüm çempionluğa aparan yarımçıq qalmış yoldan, “lipa”lardan, MFL əhlindən, 3 ən yaxşı qapıçıdan və TOP 6-lığından danışdı.

5 maraqlı fakt

Bu həftə keçirilən 13-cü turla bağlı ən maraqlı 5 faktı təqdim edirik:

1. “Xəzər Astara”nın “Veteran”la görüşdə qalib gələcəyi gözlənilsə də, bunun tam əksi baş verdi və nəticədə “cənublular” meydandan məğlub ayrıldılar. “Xəzər Astara” rəqibin üç qoluna yalnız bir qolla qarşılıq verə bildi.

2. “Army United” – “Kontakt Home” oyunu olduqca gərgin və maraqlı alındı. “Kontakt Home” 0:4 hesabı ilə geridə olmağına baxmayaraq əsl əzmkarlıq nümayiş etdirərək sonda 6:5 hesabı ilə qalib gəlməyi bacardı.

3. “Muğanbank” komandasının əzmkarlığı da xüsusi qeyd olunmalıdır. “AgroSport”la oyunda 0:2 hesabı ilə geridə olan “bankirlər” toparlanaraq sonda meydandan 4:2 hesabı ilə qalib ayrıldılar.

4. Diqqət çəkən digər maraqlı bir fakt isə yenə “Darul Hikmət” komandasının azarkeşləri barəsindədir. “Gres Severnıy” komandası ilə qarşılaşan “Darul Hikmət” azarkeşlərinin dəstəyi sayəsində dördüncü qələbəsini qazandı.

5. Son turda təxirə salınmış matçda “Agrosport” üzərində qələbə qazanmaqla “Muğanbank”la xallarını bərabərləşdirən, lakin şəxsi görüşlərdə və top nisbətində üstün tərəf olan “Beerbaşa” Platinum Konferensiyasının liderlik kürsüsünə yüksəldi.

Geridə qalan 13 turdan sonra MFL 2019/2020-ci il mövsümünün İnfinity konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

Geridə qalan13 turdan sonra MFL 2019/2020-ci il mövsümünün Platinum konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

13-cü turdan sonra İnfinity konferensiyasında məhsuldar ötürmə edənlərin sıralaması aşağıdakı kimidir:

13-cü turdan sonra Platinum konferensiyasında məhsuldar ötürmə edənlərin sıralaması aşağıdakı kimidir:

13-cü turdan sonra İnfinity konferensiyasında rəqib qapılarından ən çox top keçirən futbolçuların sıralaması aşağıdak kimidir:

13-cü turdan sonra Platinum konferensiyasında rəqib qapılarından ən çox top keçirən futbolçuların sıralamasında isə ikitirəlikdir:

13 turdan sonra hər iki konferensiyadan play-off-a namizəd olan komandaların "Top-16"lığını təqdim edirik:

LSS MFL 2019/20 Liqası – Leading Supply Solutions LLC, BOS SHELF LLC, McDonald's Azerbaijan, Muğanbank, Sabah Futbol Klubu, Carlsberg AzerbaijanGoSport Baku-nun sponsorluğu ilə keçirilir.

Daha ətraflı məlumatı liqanın mfl.az, eləcə də 1news İnformasiya Agentliyinin 1news.az saytlarından əldə edə bilərsiniz.

1news.az

Paylaş:
899

Son xəbərlər

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02
Bütün xəbərlər