Mojtaba Haşemzadeh: bariatrik cərrahiyyə - artıq çəkili insanların sağlamlıqlarının qorunması üçün real şansdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Mojtaba Haşemzadeh: bariatrik cərrahiyyə - artıq çəkili insanların sağlamlıqlarının qorunması üçün real şansdır

16:34 - 22 / 01 / 2020
Mojtaba Haşemzadeh: bariatrik cərrahiyyə - artıq çəkili insanların sağlamlıqlarının qorunması üçün real şansdır

Mərkəzi Gömrük Hospitalının prioritet inkişaf istiqamətlərindən biri də bariatrik cərrahiyyədir.

Hospitalın bariatrik cərrahı, t.f.d. Mojtaba Haşemzadeh ABŞ-ın Nyu York şəhərində Beth Universitetinin bariatrik cərrahiyyə fakültəsini, İran İslam Respublikasının Məşhəd Tibb Universitetini  və Tehran Tibb Universitetini bitirib. Bu həkim dünyanın müxtəlif klinikalarında 8000-dən artıq bariatrik əməliyyatı uğurla icra edib. Hazırda onun pasiyentləri Mərkəzi Gömrük Hospitalına nəinki Azərbaycandan, həm də Böyük Britaniya, Kanada, İsveçrə, ABŞ, İran və başqa ölkələrdən müraciət edirlər.

Bariatrik cərrah Mojtaba Haşemzadeh “Həkim Məsləhəti” rubrikasında bariatrik əməliyyatların növləri haqqında məlumat verir.

- Doktor, bilirik ki, bariatrik əməliyyatların müxtəlif növləri var. Hansı hallarda bu əməliyyatları etmək lazımdır?

- İlk öncə bildirmək istəyirəm ki, Mərkəzi Gömrük Hospitalında istər mədəyə balon yerləşdirilməsi, istərsə də bütün növ mədə kiçiltmə əməliyyatları həyata keçirilir. Bu əməliyyatların seçimi pasiyentin boyundan və çəkisindən asılı olaraq müəyyən olunur. Əgər biz fərdin çəkisini boyunun kvadratına bölsək, ortaya çıxan indeks piylənmənin dərəcəsini göstərir. Bədən kütlə indeksi 18,5-dən 25-ə qədər olarsa, bu, normal göstəricidir.

Bədən kütlə indeksi 18,5-dən aşağı olarsa, bu insanlar çox arıq hesab edilir. Bədən kütlə indeksi 25 ilə 30 arasında olan insanlar artıq çəkili şəxslər sayılır. Köklük xəstəliyində bədən kütlə indeksi 30-dan yuxarı olur. Bu səbəbdən həmin şəxslər köklük və ya artıq çəki xəstəliyinə məruz qalan şəxslər kateqoriyasına aid edilir.  

Bədən kütlə indeksinin 30-dan nə qədər yuxarı olmasından asılı olaraq, müəyyən kateqoriyaya aid xəstələrdə müəyyən müalicə metodları da fərdi olaraq təyin olunur. Məsələn, bədən kütlə indeksi 30-35-dən yuxarı olan insanları, mədələrinə endoskopik üsulla balon yerləşdirməklə müalicə etmək mümkündür. Əgər bu indeks 35-40 olarsa, onlara, mədəkiçiltmə əməliyyatı olan esliv əməliyyatı təyin olunur.

Hansı xəstələrdə ki, bədən kütlə indeksi 40-dan yuxarıdır, onlara By Pass deyilən əməliyyat məsləhət görülür. Şəkərli diabet xəstələrinə isə adətən cərrahi ədəbiyyatda SASİ adlanan əməliyyat məsləhət görülür. Ona görə də həmin əməliyyat bir metabolik cərrahiyyə metodu sayılır. Digər qeyd etdiyim  əməliyyatların hamısı isə bariatrik əməliyyatlar hesab edilir. Daha öncə qeyd etdiyim kimi Mərkəzi Gömrük Hospitalında metabolik və bariatrik əməliyyatlar  həyata keçirilir.

Mən qeyd etmək istəyirəm ki, bariatrik cərrahiyyə - piylənmə və artıq çəkidən əziyyət çəkən insanların ömrünün uzadılması və sağlamlıqlarının qorunması üçün real şansdır. Bu xəstəliyi hər cür yolla, hətta cərrahi müdaxilə yolu ilə müalicə etmək önəmlidir.

1news.az

Paylaş:
1481

Son xəbərlər

Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51
Bütün xəbərlər