Musa Qasımlı: Ermənistan rəhbərlərinin “demokratiya” anlayışı və Avropa təşkilatlarının susqunluğu | 1news.az | Xəbərlər
Siyasət

Musa Qasımlı: Ermənistan rəhbərlərinin “demokratiya” anlayışı və Avropa təşkilatlarının susqunluğu

12:31 - 11 / 07 / 2020
Musa Qasımlı: Ermənistan rəhbərlərinin “demokratiya” anlayışı və Avropa təşkilatlarının susqunluğu

Dövlət müstəqilliyinin elan edilməsindən ötən illərin təcrübəsi göstərir ki, “Ermənistan” və “demokratiya” anlayışları bir-biri ilə tərs mütənasibdirlər.

Bu ölkə rəhbərlərinin qavrayışında demokratiya parlamentdə terror aktının törədilməsi, dünyanı fəlakətə salmış faşizmin silahdaşı olmuş, ideyasını Hitlerin “Mənim mübarizəm” kitabından götürmüş “erməniçilik” ideologiyasının əsasını qoymuş  terrorçu Q.Njdeyə abidə qoyulması, bir-birini zorakılıqla dəyişən hakimiyyətlərin həmin abidəni sökməməsi, terrorçuların milli qəhrəman elan edilməsi, adlarına küçə və prospektlərin verilməsi, orden və medalların təsis edilməsi, digər xalqlara qarşı törədilən soyqırımıdır. Bunları edənlərin özlərinin terrorçu, faşist və irqçi olduğu heç kimdə şübhə doğurmamalıdır. Çünki terrorçuluq, faşizm və irqçiliyin demokratiyaya zidd olduğunu hamı bilir.

Bilindiyi kimi, demokratiyanın tərkib hissələrindən biri qanunun aliliyi və insan hüquqlarının qorunmasıdır. Ermənistanda qanunlar çevriliş yolu ilə hakimiyyətə gəlmiş N.Paşinyanın iradəsinə tabe etdirilib. Prokurorlar sanksiyaları, məhkəmələr isə qərarları onun tapşırıqları ilə qəbul edirlər. Ermənistanda nəinki konstitusiya ilə təsbit edilmiş insan hüquqları, eyni zamanda insana Allah tərəfindən verilmiş yaşamaq haqqı əlindən alınır. İnsan hüquqlarının pozulması gündəlik həyat tərzinə çevrilib.İnsan hüquqlarının ayaqlar altına atıldığı   Ermənistanda demokratiya deyil, Paşinyan  diktaturası hökm sürür.

Demokratiyanın tələblərindən biri milli azlıqların hüquqlarının qorunmasıdır. Bu hüquqlar da heçə sayılır. Azərbaycanlıların tarixi torpaqlarından qovulması nəticəsində monoetnik ölkəyə çevrilən Ermənistanda azsaylı yezidi kürdlərin və yəhudilərin hüquqları kobudcasına pozulur. Antisemitizmin hökm sürdüyü ölkələrın çərgəsində Ermənistan ön yerlərdədir. Deməli, Ermənistanın bu məsələdə də demokratiyadan danışmağa heç bir haqqı yoxdur.

Bütün bunları hamı görsə də, özlərini demokratiyanın qoruyucusu hesab edən Avropa təşkilatları bəs niyə susurlar? Onlar nə zaman Ermənistana layiq olduğu yeri göstərəcəklər? Hesab edirəm ki, yalnız bu addımı atdıqdan sonra həmin təşkilatlar digər ölkələrdə demokratiyanın vəziyyətindən danışmağa mənəvi haqq əldə edə bilərlər”.

Musa Qasımlı

millət vəkili

 

 

 

Paylaş:
619

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər