Qəbələdə Azərbaycan, İsrail və ABŞ-ın tanınmış musiqiçilərinin konserti olub | 1news.az | Xəbərlər
Müsahibə

Qəbələdə Azərbaycan, İsrail və ABŞ-ın tanınmış musiqiçilərinin konserti olub

20:42 - 01 / 08 / 2017
Qəbələdə Azərbaycan, İsrail və ABŞ-ın tanınmış musiqiçilərinin konserti olub

Qəbələ Festivalının proqramına uyğun olaraq avqustun 1-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan, İsrail və ABŞ-ın tanınmış musiqiçilərinin konserti olub.

1news.az  xəbər verir ki, uğurla reallaşan növbəti kamera konserti də olduqca maraqlı ifalarla yadda qalıb.

Bir səhnədə yer alan tanınmış musiqiçilər - Azərbaycan Dövlət Filarmoniyasının direktoru, professor Murad Adıgözəlzadə (piano), İsrailin Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri, Yerusəlim Musiqi Konservatoriyasının müəllimi, tanınmış violin ifaçısı Janna Qandelman, festivalın bədii rəhbərlərindən biri, “Kiyev virtuozları” Orkestrinin musiqi rəhbəri, İsrailin Yerusəlim Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonski, Təl-Əvivdəki “Buchman-Mehta” Musiqi Akademiyasının, Sadna Konservatoriyasının müəllimi, valtorna ifaçısı Mixail Slatkin çıxış edərək bəstəkar İohannes Bramsın, Fikrət Əmirovun, Sergey Raxmaninovun unudulmaz əsərlərini ifa ediblər.

Həmçinin, konsertdə Azərbaycanın gənc pianoçuları Səidə Tağızadə, Elxan Niftiyev və viola ifaçısı Rəna Rəhimova Avropa bəstəkarlarının əsərlərini səsləndiriblər. Musiqiçilərin təqdimatı yerli və xarici tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Xatırladaq ki, Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən IX Qəbələ Beynəlxalq Musiqi Festivalı avqustun 3-də başa çatacaq.

1news.az

 

 

 

 

Paylaş:
1945

Sizin üçün xəbərlər

Son xəbərlər

Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20
Bütün xəbərlər