ru

Azərbaycan futbolu

23 Noyabr saat 14:49

Şahin Diniyev: Azərbaycan futbolunda bir çox problemlər var  – VİDEO

Şahin Diniyev: Azərbaycan futbolunda bir çox problemlər var  – VİDEO

Dünən “Football Talks” verilişinin növbəti buraxılışı efirə çıxıb.

1news.az-ın verdiyi xəbərə görə, verilişin ənənəsinə əsasən, proqram iki hissəyə bölünüb və hər hissənin öz qonağı olub.

“Football Talks”un ilk qonağı sabiq futbolçu və Azərbaycanın futbol üzrə yığmasının eks məşqçisi Şahin Diniyev olub. Verilişin əsas müzakirə mövzusu milli yığmamızın Millətlər Liqasındakı uğursuz çıxışı olub.

“Azərbaycan futbolunda bir çox problemlər var. Milli komanda isə hər zaman göz qabağındadır. Problem burasındadır ki, biz hansı nöqtədə dayandığımızı bilmirik. Həddindən artıq pafos var. Avropa çempionatına düşməkdən danışırdıq, indi isə bu, real deyil. Biz Avropa ixtisaslaşmasının püşk atmasında 5-ci səbətdəyik. Bunu unutmamalıyıq”, - Şahin Diniyev deyib.

Veriliş zamanı Ş.Diniyev həmçinin yığmada məşqçilik etdiyi dövrlərdən, 2007-ci ildə Finlandiya yığması ilə qələbədən (1:0) və istefasından danışıb.

Verilişin ikinci hissəsinin qonağı United Sport MFL 2018/19-da çıxış edən “Rulewave Baku” komandasının kapitanı Sərxan Məhərrəmov olub.

Beş oyunda 5 qələbə qazanan “Rulewave Baku” hazırda Platinum konferensiyasında turnir cədvəlinə rəhbərlik edir. S.Məhərrəmov komadasının qazandığı qələbədən danışıb.

Həmçinin kapitan komandanın pley-off mərhələsinə çıxışını qiymətləndirərək rəqiblərdən də bəhs edib.

Verilişi tam olaraq aşağıdan izləyə bilərsiniz:

Tərcümə: S.Xankişiyeva

 

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur